Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azay Quliyev ATƏT sessiyasında Xocalıdan danışdı

“Bu gün Xocalı soyqırımının 24-cü ildönümü tamam olur. Bizim vicdanımız və siyasi məsuliyyətimiz insanlıq tarixinin ən dəhşətli kütləvi terroru və barbar aktlarından biri olan bu amansız və vəhşicəsinə törədilmiş soyqırımı unutmamağa vadar edir”. Bunu Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı bildirib.

A.Quliyev daha sonra vurğulayıb: “Həmin gün həyatlarını faciəli şəkildə itirən dinc azərbaycanlıların xatirəsini anmaq üçün mənə qoşulmağınızı xahiş edirəm. Suriyada davam edən böhran, bütün Orta Şərqdə və Şimali Afrikadakı siyasi-hərbi qeyri-stabillik ATƏT regionu üçün ciddi təhlükəsizlik probleminə çevrilib.

Ölkələrin daxili işlərinə xarici müdaxilələr, məhdud siyasi maraqlar üçün etnik və dini fərliliyin manipulyasiyaları həm həmin ölkələrdə və həm də ATƏT ərazisində faciəli nəticələrlə yekunlaşdı. Dövlət institutları, sosial-iqtisadi strukturlar tamamilə məhv oldu, bütün region İslamı barbar məqsədləri üçün istismar və manipulyasiya edən İŞİD kimi terrorist təşkilatları yetişdirən məkana çevrildi”.

A.Quliyev qeyd edib ki, hazırda yüz minlərlə insan həyatda qalmaq üçün Avropaya üz tutur: “Yaxın Şərqdən Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla günahsız insanların ölüm səhnələrini görmək olduqda sarsıdıcıdır. Təəssüflər olsun ki, bəzi hallarda qaçqınlar dözümsüzlük, irqçilik və ayrı seçkiliklə üzləşirlər. Bu da öz növbəsində radikal və ekstremist qrupların maraqlarına xidmət edir.

Mən şəxsi təcrübəmdən kütləvi köçkün problemləri ilə məşğul olmağın,xüsusilə də müharibə zamanında nə qədər çətin olduğunu bilirəm. 20 ildən artıqdır ki, mənim ölkəm Azərbaycan etnik təmizləmədən əziyyət çəkən ölkələrdən biridir. Bizim ən sadə insan haqlarından belə məhrum edilmiş 1,2 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar hələ də təhlükəsiz və ləyaqətli şəkildə öz doğma evlərinə qayıtmaları üçün şərait yaradacaq münaqişənin həllini gözləyirlər.

Məcburi miqrasiya yalnız bizim təxirəsalınmaz, birgə və iradəli cəhdlərimiz sayəsində öz həllini tapa bilər. Biz ritoriklərdən uzaq durmalı və qurbanlara rəğbətlə yanaşmalıyıq. İndi problemlərin köklü səbəblərinə həll etməyin əsl vaxtıdır. Silahlı münaqişələr problemin mərkəzində dayanır və biz davamlı həlli tapmaq üçün cəhdlərimizi ikiqat artırmalıyıq. Bu cəhdlər münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətinə və köçkün düşmüş əhalinin öz doğma yurdlarına qayıtmaları üçün normal şəraitin yaradılmasına yönəlməlidir. Bu, yeganə davamlı həll yoludur”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29