Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni zindanında səkkiz gün-CANLI ŞAHİD DANIŞIR

Ermənistan həbsxanasında 8 gün qalan qarabağlı Dürdanə Ağayevanın danışdıqlarının yer aldığı “Erməni zindanında səkkiz gün” kitabı Türkiyədə işıq üzü görüb.

Publika.az xəbər verir ki, Humanitar Yardım Vəqfi (İHH) tərəfindən nəşr olunan kitabda D. Ağayevanın gözü ilə Xocalıda 613 nəfərin öldürülməsi ilə nəticələnən soyqırım hadisələri yer alır.

Kitabdan kiçik bir hissəni təqdim edirik:

“1992-ci il fevralın 25-də bütün silahlar sakitləşdi, ətrafı səssizlik bürümüşdü. Hər kəs evində idi. Qaranlıqda atılan top mərmiləri ulduzlar kimi üzərimizə gəlirdi. Daha sonra hamımız sığınacaqlara düşdük. Bir-iki saata qədər orada qaldıq. Qapı döyüldü. Gələn adam bizə “Dayanmayın, çıxın buradan, ermənilər hava limanını ələ keçirdi” deyə bildirdi. Üç, dörd ailə birlikdə yola çıxdıq. Sonra bizə dedikləri yerdə, Xocalının kənarında axan Qarqar çayından keçən körpünün altına gözləməyə başladıq. Hava artıq qaralmağa başlamışdı. Güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi. Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı.

Mən irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində “dayanın” dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi. “Sizə heç nə etməyəcəyik, bizimlə gəlin” dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları, qızılları, bir sözlə hər şeylərini onlara verib xilas olublar. Amma bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi. Bəlkə də 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər. Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq…”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29