AŞ PA prezidenti Azərbaycana səfər edəcək
AŞ PA prezidenti Pedro Aqramunt 29 fevral – 1 mart tarixində Azərbaycana səfər edəcək. Bunu Trend-ə Avropa Şurasının ofisindən deyiblər.
O, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də yüksək səviyyədə bir sıra görüşlər keçirməyi planlaşdırır.
Görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə olunacaq.
Həmçinin, AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti, diplomatik ictimaiyyət və QHT nümayəndələri ilə görüşlər planlaşdırılıb.