Sərkisyanın iqamətgahı önündə qeyri-adi aksiya – VİDEO
Ötən gecə Ermənistan prezidentinin iqamətgahı qarşısında gənc fəallar aksiya keçirməyə cəhd göstəriblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin tərəfdarı Vardqes Qasparinin həbs olunmasına etiraz edən gənclər Serj Sərkisyanın iqamətgahı qarşısında uzanmış halda aksiya keçirməyə çalışıblar.
Lakin əraziyə cəlb olunan polis qüvvələri aksiyanın davam etməsinə imkan verməyiblər.