Sərkisyan dörd naziri dəyişdirdi
Ermənistan prezidenti Serj Sərkisyan dörd naziri dəyişib.
Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, Armen Yeritsyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilib.
Armen Aşotyan təhsil və elm naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Levon Mkrtçyan təyin edilib, o əvvəllər də bu nazirliyə rəhbərlik edib.
İqtisadiyyat naziri vəzifəsindən azad edilən Karen Çşmarityanı bu vəzifədə Artsvik Minasyan əvəz edib.
Bundan başqa, David Lokyan ərazi idarəçiliyi və inkişafı naziri vəzifəsinə təyin edilib.