Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyanın İrəvanda güclənməsi, Bakıya təhlükə və NATO-nun ürəyinə saplanan bıçaq – “Forbes”

“Rusiya Ermənistanla birgə Hava Hücumundan Müdafiə Sisteminin qurulması haqda razılaşma imzaladı. Bu proses sakit keçdi, lakin hesab etmək olar ki, Moskva NATO sərhədlərində yeni peyk-dövlət yaradır və ABŞ-ın əhəmiyyətli müttəfiqlərini hədələyir”.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın məşhur “Forbes” jurnalı yazıb.

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, diplomat Adam Erelinin müəllifi olduğu məqalədə deyilir ki, Vaşinqton Rusiyanın Ermənistanda güclənməsinə və İranla hərbi əlaqələri genişləndirməsinə susur: “Diqqətdən qaçmamalıdır ki, Ermənistan NATO üzvü olan Türkiyə ilə 265 kilometrlik sərhəd xəttinə malikdir. Son yarım il ərzində – Rusiyanın Suriyaya hərbi müdaxiləsi və Türkiyəyə təzyiqin artması müddətində Moskva Ermənistanda silahlandırmanı və şəxsi heyətin sayını artırdı. Döyüş vertolyotları, pilotsuz uçan aparatlar və digər hərbi texnika Moskvanın İrəvana göndərdiyi silahlar arasındadır. Hətta “İsgəndər -M” ballistik raketinin verilməsi haqda da iddialar var. Ötən ilin iyununda Rusiyanın Ermənistandakı qoşunlarının hərbi təlimi keçirildi. Bu, sərhədlərdən kənarda yaranan təhlükəyə qarşı ordunun hazırlığının yoxlanılması idi”.

“Forbes” qeyd edir ki, Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsi NATO və ABŞ-ın Avropada maraqları üçün ciddi təhlükədir.

“Ermənistan-Rusiya ittifaqı möhkəmlənir. Hazırda Ermənistanda Rusiyanın hərbi kontingenti iki hərbi bazada yerləşən beş min əsgərdən ibarətdir. 2010-cu ildə imzalanan müqaviləyə görə, Rusiyanın Ermənistandakı hərbi bazalardan istifadə müddəti 2044-cü ilə qədər uzadıldı. Serj Sarkisyanın bildirdiyi kimi, bunun əvəzində Rusiya Ermənistanın silahlandırmasını və müdafiəsini öz üzərinə götürür. Gümrüdəki hərbi baza isə ən əhəmiyyətli müharibə meydanı hesab oluna bilər. Hansı ki, bu baza paytaxt İrəvandan 120 kilometr, Türkiyə sərhədindən isə 10 kilometr məsafədə yerləşir. NATO-nun istənilən digər üzv dövləti sərhədləri yaxınlığında Rusiyanın möhkəmlənməsini qəzəblə qarşılayardı. Bəs biz niyə NATO üzvü olan Türkiyə sərhədlərində gizli təcavüz faktına susuruq? Niyə Ermənistanı Rusiyanın poliqonuna çevrildiyi üçün ittiham etmirik? Türkiyə bu gün ən azından İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada əhəmiyyətli gücdür və məhz İncirlik bazasını koalisiya güclərinə açmaqla terrorçuluğa qarşı mübarizəyə böyük dəstək verir”, – deyə məqalədə bildirilir.

Müəllif əlavə edir ki, ABŞ Rusiyanın Ermənistanda möhkəmlənmə təhlükəsini diqqətdən qaçırsa, bu böyük təhdidə səbəb ola bilər: “Çünki Ermənistan ABŞ-ın əhəmiyyətli müttəfiqləri olan Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Rusiya ordusu Gürcüstanın ərazisini işğal etdi. Bu gün Moskva Bakını daim şantaj edir. Bu, Avropanın Rusiya enerji daşıyıcılarından xilas etmək üçün ən vacib mənbəyə qarşı təhlükə deməkdir. Səhv etmək olmaz. Ermənistan-Rusiya ittifaqının güclənməsi NATO-nun ürəyinə saplanmağa hazır bıçaqdır. Amma Moskvanın silah səslərini cingildətməsinin səbəblərindən biri də Vaşinqtonun susqunluğudur”.

Adam Ereli “The Moscow Times” nəşrinin ötən ilin avqustunda yazdıqlarına diqqət çəkir: “Nəşr Putinin Moskvada türk səfirinə dediklərini ortaya çıxarmışdı. “Öz diktator prezidentinə çatdır ki, İŞİD və onun terrorçuları ilə birgə cəhənnəmə vasil ola bilər. Mənim üçün Suriyanı Ərdoğan üçün Stalinqrada çevirməkdən başqa yol qalmır”, – nəşrin yazdığına görə o, belə demişdi. Göründüyü kimi, Rusiya Türkiyəni düşmən gözündə görür və geri çəkilmək niyyətində deyil. Yaranmış vəziyyət göstərir ki, Ermənistanın Qərb üçün etibarsız partnyor olması faktorundan istifadə edən Rusiya bizim maraqlarımıza təhlükəni məhz oradan yaradır. Biz dinməz-söyləməz Putinin güc nümayişi ilə razılaşırıq. XX əsrin tarixi göstərir ki, bu, yaxşı heç nə vəd etmir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29