Seulda Xocalıyla bağlı veloyürüş keçirilib
Seul şəhərinin mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar veloyürüş keçirilib.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən verilən məlumata görə, veloyürüşdə səfirlik əməkdaşları və “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, eləcə də koreyalı və əcnəbi tələbələr iştirakı edib.
Qeyd edək ki, veloyürüş ölkəmizin Koreyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilib.