Ermənistanda manyaka 9 il İŞ KƏSİLDİ
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, erməni cani Samvel Stepanyan məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Samvel Stepanyan uzun müddət Rusiyada yaşayıb. Orada “Odnoklassniki” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu qızları evə gətirib zorlayır, sonrada öldürüb. Anoloji hal 4 dəfə təkrar olub. Sonra Rusiyada axtarışa verildiyindən xəbər tutan 34 yaşlı manyak gizli yollarla Ermənistana qayıdıb.
Burada da öz çirkin əməllərindən əl çəkməyən cani məktəbli qızlara cinsi zorakılıq tətbiq edib. Son hadisə zamanı isə Lilya Arzumanyan adlı 14 yaşlı məktəblini zorlayıb öldürdükdən sonra o, həbs edilib.
Gümrü Dairə Məhkəməsi isə 34 yaşlı manyaka cəmi 9 il iş kəsib.
O, məhkəmə zamanı bütün cinayətlərini boynuna alıb.