“Yeltsin xəstə adam idi… heç nə qanmırdı” – Kadırov rus-çeçen müharibəsi haqda
“İndi Qorbaçovun və Yeltsinin hakimiyyətdə olduğu dövrə qiymət vermək vaxtı deyil”.
Avropa.info xəbər verir ki, Kadırov rejissor Nikita Mixalkovun Yeltsini və Qorbaçovu dövlət səviyyəsində mühakimə etmək barədə bəyanatına münasibət bildirərkən belə deyib.
“Bu gün biz bütün problemli mövzuları bir kənara qoymalıyıq. Mənə sual versələr ki, Çeçenistanda müharibəni Yeltsin başladıb? Mən deyəcəm: Bəli, Yeltsin başladıb. Ancaq bu gün bunu müzakirə etməyin və qiymətləndirməyin vaxtı deyil. Bu onun günahı deyil, o, heç nə etmirdi. Ətrafı – Berezovski, Xodorkovski və başqaları onu belə elədilər. Heç nə etmirdi, heç nə qanmırdı. Xəstə adam idi, belə də öldü. İndi onu müzakirə edib, ittiham etmək nəyə lazımdır ki? Qorbaçov da həmçinin” – Kadırov belə deyib.
Xatırladaq ki, 19 fevralda rejissor Nikita Mixalkov SSRİ-nin dağılmasına səbəb olan Mixail Qorbaçov və Boris Yeltsini dövlət səviyyəsində cinayətkar kimi tanımağı təklif etmişdi. Mixalkova cavab olaraq, Qorbaçov ona siyasətlə yox, peşəsi kinematoqrafiya ilə məşğul olmağı məsləhət görmüşdü.