Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xocalı qətliamının ilk şahidi – ukraynalı pilot Bakıya gəlir

Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç sabah Bakıya gələcək. Bu barədə məlumatı Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, Kraveç Leonid Markoviç fevralın 24-27 tarixlərində Bakıda UABD-nin Xocalı qətliamına həsr olunmuş silsilə tədbirlərində iştirak edəcək. O, Azərbaycana səfərini Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Daha sonra onun UABD sədri Hikmət Cavadovun müşayiəti ilə Hərbi Prokurorluqda, Diasporla iş üzrə Dövlət Komitəsində və BDU-da görüşləri olacaq.

Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat Mərkəzində  jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini danışacaq. Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər haqqında geniş məlumat verəcək.

Leonid Kraveç Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tövsiyyəsi və dəstəyilə çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatına da qatılacaq. Leonid Kraveçin də çəkildiyi film fevralın 26-da saat 11:30-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə təqdim olunacaq layihələr sırasındadır. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin  müəllifi və rəhbəri UABD-nin sədri Hikmət Cavadov, rejissoru isə Elmar Məlikovdur.

Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə Gəncə şəhərinə səfər edəcək.

Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmədtə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29