Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya qoşunu Türkiyəni əhatəyə alır

Rusiya mətbuatı Türkiyənin Suriya ilə sərhədə zirehli hərbi texnika topladığını yazır.

ANS PRESS-in məlumatına görə, RenTV telekanalının müxbiri xəbər verir ki, sərhəddə hər 300-500 metrdən bir Türkiyə silahlı qüvvələrinin postları yerləşdirilib.

Sərhədin Suriya tərəfindəki kürd silahlıları sərhəd xəttinə doğru hərəkət etməyə çəkinirlər. Onlar türklərin atəş açacağından ehtiyatlanırlar.

Son məlumatlara görə, Rusiya hərbi manevrləri davam etdirir və qoşunlar Türkiyə istiqamətində cəmlənir.

Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin qəfil əmri ilə Cənubi hərbi dairəsinin, Xəzər və Qara dəniz donanmalarının, əlahiddə desant diviziyalarının hərbi hazırlığının yoxlanılması rəsmən fevralın 12-də başa çatsa da manevrlərin hələ davam etdiyini, qoşunların Türkiyə istiqamətində cəmləşdirildiyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, f evralın 12-dən bu günə, 22-nə qədər olan məlumatlara əsasən Rusiya cənub istiqamətində bütün hərbi bazalarında döyüş hazırlığını yoxlayıb.

Bura Ermənistandakı 102-ci hərbi baza və onun aviasiya hissəsi olan Erebuni hava bazası, separatçı Abxaziya və Cənubi Osetiyada dislokasiya olunmuş qüvvələr, habelə Çeçenistan, Dağıstan və Krımdakı qoşunlar, Xəzər və Qara dəniz donamaları daxildir.

Rusiya ordusunun bu manevrləri Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyaya quru müdaxiləsi hazırlıqları barədə xəbərlərin yayıldığı, habelə Ukraynada növbəti siyasi qeyri-stabillik əlamətlərinin özünü göstərdiyi bir vaxtda baş verir.

Həmin bazalardakı piyada bölmələri dağlarda döyüş təlimi keçib, artilleriyaçılar atəşin korrektə edilməsini təmin edən müasir vasitələrdən istifadə etməklə atışlar edib. Bu dövrdə, ötən şənbə günü İrəvan yaxınlığındakı Erebuni hava bazası 4 MiQ-29S qırıcıları və vertolyotlarla gücləndirilib.

Abxaziyada S-300 zenit-raket komplekslərindən də istifadə olunmaqla uzaqvuran sistemlərlə təlimlər keçirilib. Krımda və Xəzər sahilində dəniz piyadaları da poliqonlara yeridilib. Habelə Xəzərdə batmış sualtı qayığın axtarışı üzrə manevrlər keçirilib.

Qəfil manevrlərin başa çatmasının elan edilməsindən üç gün sonra-fevralın 15-də zərbə ordu aviasiyasının təlimləri başlayıb. Çeçenistandakı əlahiddə vertolyot polku döyüş maşınlarının Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara “atılmasını” sınaqdan keçirib.

Krımda Mi-28 döyüş vertolyotlarının və Su-25 bombardmançılarının iştirakı ilə yerüstü hədəflərin vurulması təlimləri olub.

Pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün “radardan aşağıdan” – 5 metrə qədər hündürlükdən uçublar. Habelə Qərb hərbi dairəsindən minlərlə desantçı Ukrayna yaxınlığındakı poliqonlara göndərilib.

Manevrlər çərçivəsində Rusiya özünün nüvə qüvvələrini də yoxlayıb. Sibirdəki raket diviziyonları “Topol” qitələrarası ballistik raketləri ilə şərti raket zərbələrini sınaqdan keçiriblər.

Eyni vaxtda Cənub və Qərb hərbi dairələrinin radiasiya, kimyəvi və biloji hücumdan müdafiə qoşunları şərti düşmənin kimyəvi silah hücumuna qarşı təlimlər keçiriblər.

Ukraynanın “Defence Express” konsaltinq şirkətindən hərbi ekspert Sergey Zqurtsa deyib ki, Pskovdan tutmuş Ermənistana qədər Rusiya qoşunlarının manevrləri Türkiyəyə qarşı yönəlib.

“Söhbət ondan gedir ki, manevrlərin başa çatmasından sonra qoşunlar həmin regionda mövqe tutacaqlar.2008-ci ildə Gürcüstana qarşı müdaxilə ərəfəsində və 2014-cü ildə Donbassa qoşun yeridilməsi ərəfəsində də belə olmuşdu”-ekspert deyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29