Prezidentlər görüşdü – FOTOLAR
Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani ilə görüşünə start verilib.
Modern.az İran prezidentinin saytına istinadən xəbər verir ki, rəsmi qəbulda hər iki ölkənin himni səsləndikdən sonra prezidentlər hərbi paradı izləyib.
Hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə geniş tərkibdə görüşlərin keçirilməsi və sazişlərin imzalanacağı gözlənilir.
Məlumata görə, dövlət başçıları ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri də müzakirəyə çıxaracaq.