Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Los Ancelesdə xristianlar Xocalı soyqırımını andı

Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub.
Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun, Los Ancelesdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə məsciddə keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, tədbirdə Los Ancelesdəki müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, Federal Təhqiqatlar Bürosunun Los Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları iştirak edib.
Tədbirdə müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, xristian icması adından Rahib Oliver E. Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelly Ata çıxış edərək Xocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşüblər. Natiqlər hazırda dünyanın müxtəlif ölkələrində münaqişələr nəticəsində hər gün yüzlərlə insanın qətlə yetirilməsinə diqqət çəkərək bildiriblər ki, bugünkü faciələrin kökündə Xocalı qətliamı kimi dəhşətli hadisələrin vaxtında qarşısının alınmaması dayanır.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında Xocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu söyləyib və Ermənistanın apardığı işğalçılıq siyasətindən bəhs edib. N. Ağayev bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktlarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına biliblər.
Diplomat son illərdə Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maariflənməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyini diqqətə çatdıraraq, bu qətliamın dünyanın 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı tərəfindən tanındığını və qətiyyətlə pislənildiyini diqqətə çatdırıb. Bu səpkidə baş konsul son bir neçə həftə ərzində qətliamın pislənilməsi ilə bağlı bəyannamələr imzalamış Havay, Montana və Nebraska ştatlarının qubernatorlarına təşəkkürünü bildirib. İşğalın vurduğu ziyanlara və yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi inkişafından bəhs edən baş konsul, prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin sürətlə çağdaşlaşdığını, əsl tolerantlıq məkanına çevrildiyini qeyd edib.
Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə Baş Konsulluğun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə lentə alınmış video-müsahibənin nümayişi ilə davam edib.(azvision.az)
Tədbir unudulmaz dua mərasimi ilə başa çatıb. Müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı qurbanları üçün ehsan süfrəsi açılıb.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29