Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Komitə sədri təkliflər verdi

“Hökumətin iqtisadi böhrandan çıxışla bağlı proqramı, siyasəti var. Sadəcə bizim ümumi problemimizdir ki, onu təqdim edə bilmirik”.

Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Deputat qeyd edib ki, hökumətin həyata keçirdiyi islahatlar göz qabağındadır.

“Prezidentin tapşırığı ilə ciddi konsepsiya hazırlanır və işlər gedir. Bu gün ictimaiyyətə bu məlumat düzgün çatdırılmır və yaxud heç bir məlumat verilmir. Azərbaycanda bərbad vəziyyət yoxdur. Təcili işlər görülür ki, bu gün büdcəni müzakirə edirik. Düşünürəm ki, bu istiqamətdə diqqətli olmalıyıq və çalışmalıyıq ki, təkliflərimizi verək. Bərbad vəziyyət Venesuela və ya başqa ölkələrdədir. Ora baxmaq lazımdır. Bu gün Azərbaycanda ərzaq qıtlığı yoxdur, bütün istiqamətlərdə hökumətin planı var və icra olunur. Bu icra bizi tam qane etməsə də, iş gedir”.

Tibbi avadanlıqların ƏDV-dən azad edilməsinə diqqət çəkən deputat qeyd edib ki, bu iki mərhələyə böülnməlidir. “Birinci mərhələ odur ki, tibbi avadanlıqdan söhbət gedirsə, onların ƏDV-dən azad olunması heç də lazım deyil. Yəni tibbi avadanlıqların istifadəsi xəstəxana və ya özəl şirkətlər tərəfindən istifadə olunur.

Onların ƏDV-dən azad olunması məncə bizə ziyan edər. Amma sərf olunan dərmanlar və preparatlarla bağlı düşünürəm ki, ƏDV-dən azad olunmalıdır və ya aşağı salınmalıdır. Bütün dünyada bu var. Bu xərclər həmin xəstələrin üzərinə düşür. İcbari sığorta işləsə, bunu saxlamaq olar. Lakin indiki vəziyyətdə bu vacibdir və Samir müəllimdən xahiş edirəm ki, bu məsələyə də baxılsın”.

F.Muradov dövlət qurumlarından işdən çıxarılmaya da toxunaraq bildirib ki, bu proses zəncirvari digər sahələrə də təsir edir. “Dövlət qulluğunda fəhlə işdən çıxarılırsa, o, nə vergi ödəyir, nə dövlətin iqtisadi siyasətinə kömək edir. İşsiz qalır.

Düşünürəm ki, dövlət qurumlarına ciddi tapşırıq verilməlidir ki, fəhləyə, orta sinfə xüsusi diqqətlə yanaşılsın. Ümumiyyətlə, yeni iş yerlərinin açılması prioritet məsələdir. Kənd təsərrüfatı istiqamətində yaxşı imkanlarımız var, lakin onlar istifadə olunmur. Səbəblərini yəqin ki ölkə başçısı, hökumət bilir. Fikrimcə, bu istiqamətdə də ciddi addımlar atılacaq”.

Deputat bildirib ki, tikinti sektorunun inkişafı da müəyyən mərhələdə büdcəyə kömək edə bilər.

“Dövlətin müəyyən qədər geniş imkanları, torpaqları, yerləri var ki, ora investisiyalar cəlb etmək üçün imkanlar mövcuddur.

Sosial yardım sistemi bizə uyğun deyil. Biz onu daha da mükəmməlləşdirməliyik. İnsana hər ay 40-50 manat vermək məsələnin həlli deyil. Bu eyni zamanda büdcəyə əlavə xərcdir. Bunun digər istiqaməti ondan ibarət olmalıdır ki, o insanlar maliyyəni müəyyən işə, xüsusilə kənd təsərrüaftı istiqamətinə yönəltsin”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29