Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Nino Çxobadze: “Mənbəyini Ermənistandan alan Debed çayı kimyəvi maddələrlə çirkləndirilib”

“Mənbəyini Ermənistandan alan Debed çayı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan keçir. Kənd sakinləri bu çayın suyundan istifadə edərək, kənd təsərrüfatı məhsulları becərirlər. Debed çayının suyundan isə istifadə etmək olmaz, çünki bu su ekoloji cəhətdən yararlı deyil”.  Bunu Gürcüstanın sabiq ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Nino Çxobadze APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ sovet dövründə Ermənistandan axan Debeda çayının sularından istifadəyə qadağa qoyulub, 2006-cı ildə isə bu qadağa aradan qaldırılıb: “Bu, sərhədyanı çay sayılır. Bu çay kimyəvi maddələr və məişət tullantıları ilə çirkləndirilib. Biz hesab edirik ki, bu çayın sularına ekoloji cəhətdən nəzarət gücləndirilməlidir. Gürcüstanda çay sularının təmizliyinə nəzarət üçün regional stansiya fəaliyyət göstərir və bu stansiyanın əməkdaşları mütəmadi olaraq monitorinq keçirməli, nəticə barədə əhaliyə məlumat verməlidir. Təəssüf ki, əhaliyə informasiya çatdırılmır. Bu informasiyanı əldə etmək üçün ictimai nəzarət sistemi gücləndirilməlidir. Dövlət sərhədyanı əhəmiyyət kəsb edən bu çayın sularının təmiz olmasına nəzarət etməlidir”.

N. Çxobadze bildirib ki, sərhədyanı çay funksiyasını yerinə yetirən Debad çayının özünəməxsus öhdəliyi var: “Ermənistan Sərhədyanı Su Konvensiyasının üzvüdür, lakin Gürcüstan hələlik bu konvensiyanın üzvü deyil. İndi qəbul etdiyimiz Avropa sazişi bizi götürdüyümüz öhdəlikləri yerinə yetirməyə çağırır. Bizim ölkədən də Azərbaycana çaylar axır, lakin hələlik bizim də təmizliyə nəzarət edən qurğularımız yoxdur. Bu gün biz ən başlıcası, monitorinq həyata keçirmək və çay sularının ekoloji təmizliyi barədə əhalini məlumatlandırmalıyıq. Bununla biz Avropa standartlarına cavab verən ekoloji cəhətdən təmiz olan məhsullar becərə bilərik”.

N. Çxobadze Marneuli bölgəsində torpaqların tarixən ağır metallarla çirkləndirildiyini də qeyd edib.

N. Çxobadze Marneulidə içməli və suvarma suyunun ekoloji cəhətdən yararsız olduğunu deyib: “Burada “Su” şirkətinin də olduğunu bilirəm. Marneuli rayon icra hakimiyyəti bu istiqamətdə çalışmalı və xüsusi proqramlar həyata keçirməklə problemləri həll edə bilər. Bizə bu gün məlumdur ki, Gürcüstanın İnfrastruktur Nazirliyi Marneulidə bu istiqamətdə layihələr həyata keçirir. Biz hesab edirik ki, bu problemləri Avropa sazişinin öhdəlikləri çərçivəsində yerinə yetirməliyik. Asiya İnkişaf Bankı da şəhərlərin su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 0,5 milyard dollar ayırıb. Bu kredit çox ciddidir və dövlət üçün sərfəlidir. Bu vəsait düzgün yerinə yetirilməlidir,” deyə sabiq nazir açıqlayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29