Beynəlxalq hesabat: “Son 5 ildə Rusiya silahlarının 4,9%-ni Azərbaycan alıb”
Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutu (SİPRİ) dünyadakı silah ticarəti ilə bağlı növbəti 5 illik (2011-2015) hesabatını yayımlayıb.
Modern.az institutun rəsmi intermnet saytına istinadən xəbər verir ki, bu 5 ildə dünyada silah ticarətinin həcmi əvvəlki “beşiyə” nisbətən 14% artıb.
Ən böyük silah ticarətçisi ABŞ (33%), ikinci ölkə isə Rusiya (25%) olub. 2011-2015-ci illərdə dünyada satılan silahların 58%-i bu ölkələrdə istehsal olunub. Növbəti yerlərdə Çin (5,9%), Fransa (5,6%) və Almaniya (4,7%) qərarlaşıb.
Maraqlıdır ki, Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutu Azərbaycanın 2011-2015-ci illərdə silah alışını əvvəlki 5 ilə (2006-2010) nisbətən 217% artırdığını bildirib. Ölkəmiz ən çox silahı Rusiyadan alıb. Rusiyada son 5 ildə istehsal olunan silahların 4,9%-i rəsmi Bakı tərəfindən alınıb.