Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Atası yanan dünyam…

Səttara dayı demək keçdi içimdən. Düzdür, heç bir qohumluq bağı yoxdur aramızda… Yaş fərqimiz də çox böyükdür… Mənə elə gəlir ki, o bütün kişilərin dayısıdır. Çünki Vətən basılanda nəinki qaçıb gizlənib, özünü irəli atanlardan biri olub Səttar. Özü bir yana, dünyadakı ən böyük var-dövləti, gözünün işığı olan oğlanlarını da gizlətməyib, özüylə səngərə aparıb, düşmən gülləsinə sinə gərməyə…

Mənə elə gəlir ki, bütün kişilərin dayısıdır, Səttar. Axı hamımız Vətənə ana deyirik. Vətən anadırsa, əvvəldən-axıra namusunu çəkənlər də qardaşıdır onun… …Təcili tibbi yardım maşınında üç saata yaxındı ki, Bakını dövrə vururlar. Unlu üst-başına baxıb xəstəxanaya götürmürlər onu, “yerimiz yoxdur” deyirlər. Bütün dövlət xəstəxanaları eyni sözü deyib, heç kim bu zavallıya yaxın durmaq istəmir. Sadiqin iki qoltuq ağacına söykənib çarəsiz-çarəsiz ağlamaq səsini eşidir. İlk dəfə hiss eləyir ki, özünə də, balalarına da yükdür artıq, həm də, bu dünya qalmalı yer deyil heç. Maşındakı xərəkdə uzanıqlı halda bir az da zamanı keçəndən sonra birtəhər qəbul etdirdilər onu xəstəxanaya…

Qocalıb Səttar dayı, gərdişi-zaman, həyatdakı eniş-yoxuşlar üzüb onun cadar-cadar ürəyini. İyirmi beş ildir hiss eləmir ürəyini, sanki elə sevimli balasını-əziz Vaqifini qolları arasına alıb qəbrə sallayanda itirib. Düşüb balasının qəbrində qalıb bəlkə də ürəyi… Dünyası talanmışdı Səttar dayının, o gün. Kimsə anlamazdı bu dəhşəti, bu sarsıntını, içində ulayan yanğını, başına gələnlərdən başqa kimsə anlamazdı. Ağlaya da bilməmişdi şəhidini, dörd oğlunu, beş oğlunu qurban verən atalardan, analardan utanmışdı, arına sığışdırmamışdı…

Yarası qor tutmamış ikinci oğlunun xəbəri gəlmişdi cəbhədən. Sadiq döyüşdə minaya düşmüşdü…Uçuq evinin son kərpicləri tökülmüşdü Səttar dayının. “Hospitala gətirirlər!” xəbərin alanda içi sərinləmişdi bir az. -Bağışlayansan, ya Allah, mənə bağışla- demişdi içində -qoyma tufağım dağıla, qıyma balama- elə demişdi ki, Allahın özündən başqa eşidən olmamışdı bu nidanı…

Əsgər yoldaşları hərbi maşından yaralıları düşürəndə seçə bilməmişdi oğlunu onların arasında, heç cəhd də eləməmişdi, axı bu igidlərin hamısını öz balası sayırdı. Birdən görmüşdü Sadiqini, üzü-başı şan-şan… Gözü oğlunun yumulu gözlərində qalmışdı. Əsgərlər bir xərək gətirmişdilər, Sadiqi əməlyatxanaya aparmağa, içində qan göllənmişdi. “yox, buna qoymayın balamı” demək istəmiş, qucağına alanda əli oğlunun buddan üzülmüş qılçasının kəsiyinə toxunmuşdu. İçindəki fırtınalar özünü boğazından çölə ataraq azadlıq qazanmaq istəmişdi, yol verməmişdi Səttar dayı, ağlamamışdı… Həkimlərin, oğlunu əməliyyata gec almalarına belə çığırıb, bağırmamışdı-yaralı çoxdu, hamısı övladdır-demişdi.

…Hər şey gəlib keçdi gözləri önündən. Ürəyi sıxıldı, hiss eləmədiyi ürəyi. Bir həftədir xəstəxanada olduğu. Halı çox pisdir, bəlkə də son günlərini yaşayır. Nə bir həkim, nə bir tibb bacısı soruşmuyub əhvalını. Barı bir iynə də vurmurlar ki, öləsən-dedi özü özünə. Ölüm də əlçatmaz olub bu neçə gündə… Bütün yaşadıqlarını- meydanlarda azadlıq üçün keçirdiyi gecələri… müharibə illərini… Vaqifin şəhid olduğu, Sadiqin yaralandığı günü… yenidən yaşadı sanki. Bu dövləti idarə edənlər naz-nemət içində yaşayanda, dünyanı gəzib dolaşıb keyf məclisləri qurub vaxt öldürəndə, iyirmi yaşlı döyüşçü oğlu ölmüşdü Səttar dayının…

Bu xəstəxanada ona diqqət göstərməyən həkimlər elə bu otaqlarda öz vətəndaşlarımızın cibini kəsəndə Qarabağda iyirmi iki yaşlı döyüşçü oğlunun qıçı kəsilmişdi… Heç bir halda özünə “Niyə?” sualı vermədi. Elə bu vaxt Sadiq qoltuğundakı qoltuq ağaclarını taqqıldada-taqqıldada otağa girdi. Bu, o vaxt idi ki şəhadət kəlməsini deməyə çalışırdı Səttar dayı, amma deyəsən deyə bilmədi. Gözlərindən iki gilə yaş yuvarlanıb yastığa düşdü. İzi qalmadı göz yaşlarının, axı atəş qurudur suyu… Od tutub yanırdı Səttar dayı…

Vasif Qurbanzadə

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29