Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ağdamın fevral günləri

Fevral ayı Ağdama və ölkəmizə bir sıra dahiləri bəxş edib. İstər siyasətdə, istər elmdə, istərsə də incəsənətdə…

Qısamüddətli günləriylə yaddaşımızda qalsa da, bu ayda kiçik çiləni yola salıb, boz aya doğru gedirik. Təbiətin bu hadisəsi fevralı öz təlatümüylə hamının diqqətində saxlayır.

Lakin bizlər üçün fevral ayı daha çox təbiət hadisələriylə deyil, başlanğıcını Qarabağda götürən ağrılı-acılı  hadisələrin, faciələrin  başlandığı ay kimi qalır. Bu ayda nə qədər çalışsaq da, üzümüzü güldürə bilmirik. Fevralda həm də erməni silahlıları tərəfindən  Xocalı qətliamı törədilib.

***

Hər dəfə yolumu  Ağdama salarkən Quzanlıdakı evimizə getməmiş  yolüstü qəsəbəyə çevrilən kəndimdə diqqətimi çəkən yerlərə baş çəkir, yeniliklərlə  tanış oluram. İşğal altında olan torpaqlarımıza qayıdacağımıza bir daha inanmaq üçün bu dəfə də belə etdim. İş varsa, hərəkət varsa, inkişaf varsa demək  inamımız da var.

İlk diqqətimi çəkən isə ərazidə quruculuq işlərinə ara verilməməsiydi. Sanki dünyanı lərzəyə salan iqtisadi böhran Ağdam rayonundan yan keçmişdi.

Soltanbud təpəsində “Bayraq” muzeyinin inşasına başlanılması, təpədə və ətraf ərazilərdə ağac əkilməsinin davam etdirilməsi nəzərimdən qaçmadı.
300 kv.metrlik ərazidə inşa edilən “Bayraq” muzeyində Qarabağ xanlığına, habelə ondan da əvvəl ərazilərdə formalaşan Azərbaycan dövlətlərinə aid  bayraq nümunələrinin sərgilənməsiylə, bu torpaqların zəngin tarixi gənc və yeniyetmələrə  tanış ediləcək, əyani olaraq faktlarla təbliğ olunacaqdır. Çoxsaylı hadisələrə şahidlik etmiş Soltanbud haqqında əldə edilən məlumatlar, bu meşə zolağının  ötən  əsrin 30-cu illərində “Qoruq” elan edilməsi, məşhur “Saqqız” ağacı haqqında məlumatlara da muzeydə yer ayrılacağı deyillir.

Kəndin mərkəzində isə ayrı bir atmosfer hökm sürürdü. Darısqal, cansıxıcı bir meydandan əsər-əlamət qalmayıb. Yaşıllığa bürünmüş ətrafda onlarca “Eldar şamı” və “Xan çinarın” əkildiyi mərkəzi meydanda müasir memarlıq üslubunda inşa edilən Heydər Əliyev mərkəzi əzəmətiylə diqqəti çəkir. Quruculuq işlərinin həyata keçirilməsiylə tanış olanda təsadüfən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdüm. Bazar günü istirahət günü olsa da, rayon rəhbəri iş başındaydı. İnşaatçılara mərkəzi meydanda görüləcək işlər barəsində təklif və tövsiyələrini verirdi.

Beləliklə, tanış olduğum əraziləri icra başçısıyla bir daha gəzəsi oldum. Söhbətdə Raqub müəllim gördüyü və görəcəyi işlərdən həvəslə danışır, bu layihələrin məhz ağdamlılar üçün hələ uzun illər xidmət edəcəyini dedi.

Əlavə edim ki, rayonda çalışdığı müddətdə rayon rəhbəri  irili-xırdalı 20-yə yaxın layihə  həyata keçirib. Bu layihələrdən ən əsası rayonda sənaye məhəlləsinin salınması ilə bağlı texniki iqtisadi-əsaslandırmanın  hazırlanmasını hesab etmək olar. Yaxın müddət ərzində Raqub Məmmədovun özü də layihənin  reallaşacağına qəti əmindir:

– Bu gün 28 faizik ərazimizdə 90 min nəfərə yaxın rayon sakini yaşayır. Bunun yarıya qədəri işğal altında olan kəndlərin sakinləridir.

Düşmənin yaratdığı hər hansı manelərə baxmayaraq, biz yaşayır, çalışır və qurub-yaradırıq.  Bu ərazilərdə görüdyümüz işlər bizim üçün sanki bir məşqdir, hazırlıqdır.

Bu gün əsas məqsədimiz insanlarda ağdamlı, qarabağlı  günlərdə olduğu kimi mənəvi saflığı, qurub yaratmaq eşqini yaratmaq və artırmaqdır.

İcra başçısı əmindir ki,  hər bir Azərbaycan vətəndaşına “İmarəti” ziyarət etmək qismət olacaq,  məşhur “Çay evi”ni şəhərdə olduğu yerində yenidən bərpasında iştirak edəcək, Abdal-Gülablının təmiz-saf havasını uda biləcək, nəhayət “Dəlik daş”da oturub Ağdamı seyr edə biləcəkdir.

Məhz bu arzu və istək icra başçısını daim hərəkətdə olmağa  vadar edir. Yorğunluğu hiss olunsa da, büruzə vermir və dayanmır…

Xəstəxanaya ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan məktəbliyə baş çəkməyə gedir.

Xatırladım ki, Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Coşqun  Məmmədov qolundan və ayağından iki güllə yarası almışdı.

Coşqun və valideynləri ilə söhbət edir. Amma hiss edirsən ki, kövrəlib, xəyalı onu otuz il əvvəlki fevral ayına aparır..

***

Söz vaxtına çəkər,- deyirlər. 88-ci ilin təlatümlü fevral ayı.

Erməni qonşularımız bir gün ərzində qatı düşmənə çevrilmişdilər. Hətta keçmiş sovet dövrünün  ideologiyası belə ermənilərin bu mənfur siyasətinə təsir edə bilməmiş, əksinə düşmənçilik hisslərini daha da artırmışdı…

Hadisələrin mərkəzində olan Ağdamda həyat qaynayırdı. Şəhərdə yerində sayan və dayanan insana rast gəlməzdin. Yerli ziyalı  və  yaradıcı insanlar, biznes adamları, əkin-biçinlə məşğul olanlar daim axtarışdaydılar. Yeni-yeni layihələr icra olunur, şəhərin siması hər gün dəyişir, yeni istehsal sahələri yaranırdı.

Ümumiyyətlə,  ötən əsrin 80-ci illəri Ağdamın qızıl dövr hesab edilə bilər. Ziyalılar yeni layihələr haqqında, biznes adamları isə pul qazanmaq yolları haqqında düşündüyü bir vaxtda erməni qiyamı bizlər üçün başa düşülən deyildi.

Erməni xalqının Azərbaycana qarşı düşmənçiliyi tarixi faktlarla isbat olunub. Müəyyən illərdə ardıcıl və davamlı işğalçı hərəkətləri hamımıza yaxşı bəllidir.

Ancaq 80-ci illərin qaynar sovet dövründə bu  hərəkəti onlardan  heç kim gözləmirdi.

Xankəndində  baş vermiş tətil və nümayişlərə alışmayan, bir ayaqları “Stepanakert”də OLANLAR ağıllarına belə gətirmirdilər ki, dünənə kimi bir yerdə olduqları və inandıqları ermənilər belə naxələflik edə bilər. Bu sözsüz ki, bizim bir daha  səmimi olmağımızı təsdiq edirdi.

Beləliklə, buna cavab olaraq 17 fevral tarixində Sovet Ağdamının tarixində ilk dəfə olaraq Əsgərən qəsəbəsinə dinc yürüş edildi. Söz yox ki, həmin vaxt yerli ziyalıların və rayon rəhbərliyinin bu prosesdən xəbəri var idi. Və dolayısıyla elə bu prosesi təşkil etmişdilər də.

Ağdamın  səsisnə səs verən digər rayonların fəal  gəncləri də bu yürüşə qoşularaq, piyada Ağa korpüsünədək getmişdilər. Lakin erməni tərəfdən  əliyalın nümayişçilərə atılan gülələr Əli və Bəxtıyara tuş gəldi.  Gəncləri o vaxtı xilas etmək mümkün olmamışdı.

Səhəri günü rayon partiya təşkilatının təşkilatçılığı ilə rayon komsomol təkşilatının rəhbəri olan Raqub Məmmədov   bütün prosesin icrasında yaxından iştirak edir. Ağdam Üzümçülər evində təşkil edilən vida mərasimində tək rayon aktivi yox, bütün rayon gəncləri də iştirak etmişdi…

Qarabağda baş vermiş hadisələrdə ilk şəhidimiz Əli və Bəxtiyarın qarşı tərəfin gülləsinə tuş gəlməsi indiydək yaddaşımızda dərin izlər buraxıb. O illərdə məhz rayon komsomol təşkilati hər iki gəncin dəfn prosesinin təşkilində aktiv iştirak etmişdi…

İndisə o illərdən 28 il keçir.

***

Ötən illər ərzində çox şeylər dəyişib. Bu gün artıq müstəqil Azərbaycanın sakini olan gəncin böyük ümidləri var. O inanır. İnanır ki, sağalacaq, ayağa qalxacaq, vətəninə lazımlı əsgər olacaq, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərimizin  azad edilməsində yaxından iştirak edəcək…

Bəlkə elə qələbəmizi fevralda etməklə bu aya olan münasibətimiz də dəyişə bilərik.

Nə bilmək olar…

Vüqar Tofiqli

1 Comment »

“Ağdamın fevral günləri” üçün bir cavab

  1. Rizvan Quliyev dedi ki:

    cox hormetli Vüqar Tofiqli, Size boyuk hormetim olmaqla yurdumuz haqqinda yazdiqlarinizi seve seve oxuyur ve her zaman Size tewekkur edirem. Yaxwi ki varsiniz . Allah Ali ve Baxtiyara rehmet etsin. Mezarlari nurla dolsun. Men o gunlerin canli wahidlerinden biriyem. Yerigelmiwken qeyd edim ki saq olsun cenab Prezidentimiz. O gosteriw vermese ve herden rayona sefer etmese, umumen onun zehmi olmasa, hec bir yerde abadliq quruculuq iwleri aparilmaz. Cunki hec bir imkanli ister orada ve ya istersede kenarda camaahat ucun nese etmeyibler ve edeside deyiller. Oraya Gedebeyden ve ya Naxcivandanda kimise teyin etseydiler bu iwleri gorecekdi. Odur ki, Size boyuk hormetimi bildirmekle bu ezamiyyet ziyaretinizi hec beyenmedim.
    Hormetle R.R.Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29