Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Laçın mətbəxi

Laçının milli yeməklərindən ağızdolusu danışmaq olar. Hər qarışında bərəkət, gözəllik olan bu bölgəmiz öz mədəniyyəti və əsrarəngiz təbiəti ilə hər zaman diqqət mərkəzində olmuşdur. Məhz buna görə də 24 ildi ki, düşmənlərimizin əsarəti altındadır. Lakin buna baxmayaraq, biz Laçınımızın hər bir adət-ənənəsini, milli-mənəvi dəyərlərini qoruyub saxlayırıq.

Laçın rayonu Kamallı kənd sakinləri 76 yaşlı Sürəyya Həsənova və 75 yaşlı Minayə Nəsibova Laçın mətbəxi haqqında fikirlərini, Laçın mətbəxinin dadlı təamlarının hazırlanma qaydasını “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşdülər.

sureyya neneSürəyya nənənin Laçın mətbəxi barədə fikirləri olduqca maraqlıdır.
Sürəyya nənə dərindən bir ah çəkərək Laçında keçirdiyi günlərini xatırlayır: “Məlum olduğu kimi, Qarabağımızın gözəl guşələrindən olan Laçın, öz mətbəxi ilə digərlərindən seçilir. Buraya ətdən hazırlanmış növbənöv yeməklər, plovlar, sacüstü lavaşlar da daxildir. Laçın təbiətinin zənginliyi onun mətbəxinə də təsir etmişdir. Dağların, meşələrin çoxluğu burada yaşayan əhaliyə qoyunçuluqla məşğul olmağa imkan vermişdir. Buna görə də burada yeməklərin əksəriyyəti quzu ətindən hazırlanır. Ət müxtəlif şəkildə plovlara və çilovlara qara kimi istifadə olunur”.

Sürəyya nənə həmçinin qeyd etdi ki, Laçın rayonunda xeyir və şər məclislərində çəkisi 200-350 qr-dan böyük olan bir büküm dolma təqdim edilirdi.

Sürəyya nənə əvvəlcə quzu ətindən hazırlanmış “Bozartma” haqqında məlumat verdi: “Təzə quzu ətindən hazırlanmış bu yeməyin hazırlanma qaydası elə də çətin deyil, müəyyən miqdarda quzu ətinin üzərinə iri halda soğan doğranılır, zövqə görə duz, istiot və üzərinə çıxana qədər su əlavə olunur. Sonra isə ağzıbağlı halda yemək suyu dibində qalana qədər öz buğunda bişirilir. “Bozartma” həmçinin zövqə görə qatıqla da yeyilir.“Hər bir bölgəyə məxsus plov Laçında da özünəməxsus zövqlə hazırlanırdı.Üzərinə zəfəran əlavə olunmuş düyü süfrəyə dadı dillər əzbəri olan aşqara ilə verilirdi. Turşu , şabalıd, kişmiş, albuxara, qarabag metbexiqaysı və xırda doğranılmış quyruq və quzu əti ilə hazırlanmış aşqara xüsusi dadı ilə zövq oxşayır” deyə Sürəyya nənə Laçın plovunun özünəməxsusluğundan danışıb.

Nənəin sözlərinə görə, Laçın kətələrinin özünəməxsus dadı olurdu: “Digər təamlar sırasına nəzər salsaq Laçın dağlarında bitən göyərtilərdən hazırlanmış kətələrə də rast gələ bilərik. Hazırlanma qaydası digər kətələrlə eyni olsa da lakin tərkibindəki göyərtilər ayrıca dad verir. Yalnız Laçın dağlarında bitən “Qırppığım” adlanan göyərti bu kətəyə qutabxüsusi dad verir. Bu göyərtinin adına görə də kətə “Qırppığım” kətəsi adlanır”.

Hər bir Azərbaycan yeməyinin əsasını çörək təşkil edir. Laçında çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, lavaş, fətir və s. kimi çörək növləri vardir. Qədim zamanlardan sac üzərində lavaşlar bişirmək nənələrimizin adəti olub. Laçın camaatı bu adəti bu gün də qoruyub saxlayır. Ocaq qalanır və sac üzərində kağız nazikliyində lavaşlar bişirilərdi, bişirilən yuxalar üst-üstə yığılırdı və süfrəyə veriləndə üzərinə su səpirdilər. Lavaşların əsas özəlliyi uzun müddət qalması və tez xarab olmamasındadır.Yuxaya lavassu və qurumuş ət əlavə etdikdə hərrə, xəşil tipdə xörək hazırlana bilərdi.

İlin istənilən fəslində hər bir insana xüsusi zövq verən somavar çayi Laçın mətbəxinin ayrılmaz hissəsidir.

Somavar çayı ilə birlikdə süfrəyə Laçın dağlarından yığılmış meyvələrdən hazırlanmış çeşidbəçeşid mürəbbələr verilərdi. Zoğal, murebbemoruq kimi meyvələrdən hazırlanan mürəbbələr həmçinin qış fəslində müxtəlif növ xəstəliyin qarşısını almaq məqsədi ilə də istifadə olunurdu.

Təbiətin zənginliyi burada arıçılığın inkişafina şərait yaradıb. Min bir dərdin dərmanı hesab olunan bal səhər yeməyində kərə yağı ilə birlikdə süfrəyə verilərdi.Minayə nənə də Laçında keçirdiyi günləri ağrı-acı ilə xatırlayaraq zəngin Laçın mətbəxi barədə məlumatlar verib: ““Qovurma” adlanan yemək Laçında daha çox məşhur idi. Həm quzu, həm də mal ətindən hazırlanması mümkün olan bu yemək həmçinin dağ sakinlərinin qış azuqəsi sayılırdı. Yeməklərin çoxunda istifadə olunan quzu quyruğu bu yeməkdə də istifadə olunurdu. Zövqə görə tərəvəzlərdən də istifadə oluna bilərdi. Belə ki, quzu quyruğunda qovrulmuş ət hətta qış fəslinə qədər qalır və öz dadını itirmirdi”.

Balıq buğlaması – Laçın çaylarında üzən qızıl balıqdan,kələm turşusundan, pomidor, bibər, zirə, soğan ,sarımsaq, duz və istiotdan hazırlanır.

Kabab- təzə göyərti, sumax və narşərab və s. ilə təqdim edilir. Kababda istifadə olunan ət doğranılır, basdırma isə bişməzdən əvvəl soğan, sirkə və limon turşusundan saxlanılan ətdir. Kababın digər formasi olan lülə-kabab, qiymələnmış ətdən hazırlanan, şişə keçirilib bişirilən xörəkdir.

Minayə nənə Laçının qədim təamlarından sayılan “Bağırbeyni” bagirbeynihaqqında danışdı: ““Bağırbeyni” adlanan yemək quzu beyni, qaraciyər, qoyun quyruğundan hazırlanırdı. Bağırbeyni tarixi yeməklərdən biridir, çox qədim yeməklərdəndir. Bağırbeyni eyni zamanda dadlı və xeyirlidir”.

 Sözsüz ki, Ənənəvi milli mətbəx mədəniyyətimizin tərkib hissəsi olan Qarabağımız və onun ətraf rayonlarının gözəlliyi, özəlliyi haqqında səhifələrlə yazmaq mümkündür. Yazmaqla tükənməz. Bitməz…(karabakhinfo)

yknews.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29