Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İzmirdə “Xocalı” parkı salınacaq

Türkiyənin İzmir şəhərində İsmət İnönü adına Mədəniyyət Mərkəzində İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumunun təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

APA-nın müxbiri İzmirdən xəbər verir ki, yerli rəsmiləri və şəhər sakinlərinin də qatıldığı tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağ münaqişəsində danışaraq bildirib ki, Rusiya bu münaqişədən Azərbaycana və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir: “Ona görə də Türkiyə bu gün belə bir mövqe ortaya qoymalıdır ki, Rusiya Ermənistana necə dəstək verəcəksə, Türkiyə də Azərbaycana o formada kömək göstərəcək. Rusiya bilsə ki, Türkiyə Azərbaycanın arxasındadır, onda savaşa da başlamaz. Bu gün eyni zamanda Rusiya-Türkiyə münasibətlər gərginləşir və mən əminəm ki, Türkiyə bu durumdan qalib çıxacaq. Türkiyə öz mövqeyini ortaya qoysa, bütün dünya bununla hesablaşacaq”.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev qeyd edib ki, Azərbaycanla Gürcüstanın problemi ortaqdır, belə ki, hər iki dövlətin ərazisi işğala məruz qalıb. Onun sözlərinə görə, hazırda dünyada türklərə qarşı ikili siyasət həyata keçirilir: “Onların hüquqları tapdanır, əsassız iddialara məruz qalırlar. Bu baxımdan biz türk dünyası olaraq gücümüzü birləşdirməliyik”.

Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey çıxışında forumun məqsəd və fəaliyyətindən danışıb. O qeyd edib ki, forum Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, terrorun pislənməsi və əsassız erməni iddialarının ifşası məqsədilə yaradılıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə ilə birlikdə işğal olunmuş Dağlıq Qarabağı azad etmək istiqamətində səy göstərməlidir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı sakini Cavid Əliyev Xocalıda soydaşlarımızın başına gətirilən erməni vəhşiliklərindən danışıb.

Sonra İzmirin “Qarabağlar” rayonunun bələdiyyə başqanı Mühiddin Selvitopu ilə görüş keçirilib.

M. Selvitopu iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Azərbaycanın bütün problemlərinin qardaş ölkə olaraq Türkiyənin də problemi olduğunu diqqətə çatdırıb. Bələdiyyə başqanı İzmirdə 300 minə yaxın azərbaycanlının yaşadığını qeyd edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədilə 5 aydan sonra “Xocalı” parkının açılacağını deyib: “Parkda həm də Xocalı abidəsi qoyulacaq, burada zamanla müxtəlif sərgilərin keçirilməsi də nəzərdə tutulur”.

Sonda forum iştirakçıları “Xocalı” parkının yerləşəcəyi ərazi ilə tanış olub, Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29