Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sərkisyan Əliyevlə yarışa girir və… uduzur!

Xəbər verildiyi kimi, Rusiya hökuməti Ermənistana ayrılan 200 milyon dollarlıq güzəştli kredit hesabına bu ölkəyə satılacaq silah-sursatın siyahısını açıqlayıb. Bu kredit razılaşması ötən ilin ortalarında əldə edilmişdi və tərəflər razılaşmanı çoxdan ratifikasiya ediblər. Rusiyanın krediti hesabına Ermənistana hansı silahların satılacağı çoxdan müəyyən edilib. Ancaq bunu niyə məhz indi açıqladılar, bu ayrı mövzudur. Hələlik isə silahların çeşidinə nəzər salaraq Ermənistanın öz hərbi müttəfiqinin köməyi ilə məhz nəyə nail olmağa çalışdığını araşdıraq.

Beləliklə, “Rosoboroneksport” Ermənistana Rusiya krediti hesabına “Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A ağır odsaçan sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, tank əleyhinə raketlər, “Tiqr” zirehli maşınları və zirehli tank texnikası (hansı model olduğu göstərilmir), habelə SVD snayper tüfəngləri satacağını açıqlayıb.

Tamamilə aydındır ki, bu silah sövdələşməsi Azərbaycanla Ermənistan arasında çoxdan birincinin xeyrinə pozulmuş hərbi tarazlığı hansısa formada bərpa etməyə yönəlib. Ona görə ki, Azərbaycan 2011-ci ildə bağlanmış müqavilə əsasında Rusiyadan ən azı iki diviziyon (24 kompleks) “Smerç” reaktiv yaylım atəşi sistemləri, bir diviziyon TOS-1A ağır odsaçan sistemləri, 100 T-90S tankı da daxil olmaqla milyardlarla dollarlıq müasir hərbi texnika alıb. Azərbaycan onsuz da son illərdə müxtəlif xarici ölkələrdən, o cümlədən Rusiya, Ukrayna və Belarusdan çoxlu miqdarda silah və hərbi texnika alaraq öz ordusunu gücləndirmişdi.

Lakin Rusiyadan alınan silahların sonuncu partiyası Ermənistanda əməlli başlı pərtlik yaratdı. Hətta prezident Serj Sərkisyan bu silah satışından pərtliyini bir neçə dəfə açıq büruzə verib. Ermənistanda sual edirdilər: Rusiya necə müttəfiqdir ki, ən yeni və ən dağıdıcı silahları Azərbaycana verib? Hətta Ermənistanda Rusiyanın Azərbaycanla hansısa gizli sövdələşməyə getdiyi və Qarabağı alıb Bakıya qaytaracağı haqda isterik mövqelər də geniş yayılmağa başlamışdı.

Sərkisyanı ittiham edirdilər ki, Rusiya Azərbaycanı bu cür silahlandırdığı halda Ermənistanı Avrasiya İttifaqına qoşmağın mənası nə idi. Ermənistanda nəzərə alırdılar ki, Azərbaycanın milyardlarla dollar ödəyib aldığı hücum silahları onlar üçün əlçatmazdır. Ermənistanın təxminən 400 milyon dollarlıq “qəpik-quruş” hərbi büdcəsi ilə bu silahları almaq mümkün deyildi.

Nəhayət ötən ilin ortalarında Sərkisyanın Moskavaya səfəri zamanı elan edildi ki, Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırır. Bu kreditin hesabına Ermənistan Rusiyadan müasir silahlar və hərbi texnika alacaq. Və ardınca Rusiya Ermənistana satdığı qazın qiymətində endirim etdi və bununla da erməni ictimaiyyətində artmaqda olan antirusiya əhval-ruhiyyəsini bir qədər cilovlamaq mümkün oldu.

Və 200 milyon dollara Rusiyanın Ermənistana hansı silahları satacağına dair çoxsaylı fərziyyətlər ortaya atılmağa başlamışdı. Nəhayət indi siyahı açıqlanıb. Qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistana satacağı “Smerç” sistemləri və TOS-1A odsaçanları doğrudan da dəhşətli, dünyada analoqu olmayan silah sistemləridir.

Bu silahların taktiki-texniki göstəriciləri haqda virtualaz.org ötən buraxılışlarında yazıb. Və tamamilə aydındır ki, Rusiya “Smerç” reaktiv sistemlərini və TOS-1A odsaçanlarını Ermənistana satmaqla Azərbaycanın xeyrinə kəskin şəkildə pozulmuş hərbi balansı bərpa etməyə çalışır, yaxud belə görüntü yaratmaq istəyir. Bu, Ermənistan ictimaiyyətini sakitləşdirməyə yönələn mesajdır və Rusiya demək istəyir ki, Qarabağ münaqişəsinin güc yoluyla həllini istisna edir. Azərbaycana həmin silahların satılması isə pul qazanmağa yönəlmiş ticarətdir, başqa heç nə.

Lakin digər tərəfdən Rusiyanın Ermənistana həmin silahları almaq üçün borc verdiyi 200 milyon dollar Azərbaycanın təkcə bir müqavilə üzrə “Rosoboroneksport”a ödədiyi vəsaitlə müqayisədə cüzidir. Ermənistan 200 milyon dollara neçə “Smerç” və neçə TOS-1A ala biləcək, qalan pula nə qədər tank almaq mümkün olacaq?

Rusiya mənbələrinə əsasən bir “Smerç” reaktiv yaylım atəşi kompleksinin dəyəri əvvəllər 12.5 milyon dollar təşkil edirdi. TOS-1A odsaçan komplekslərinin dəyəri isə təxminən 6 milyon dollardır. Başqa sözlə, Ermənistan 200 milyon dollara bu silahlardan Azərbaycanın aldığı qədər ala bilməz. Ancaq digər amil budur ki, Ermənistan KTMT üzvü kimi Rusiyadan silahları bazar qiyməti almır, Rusiyanın öz ordusunun aldığı qiymətə alır.

Buna baxmayaraq həmin amil də Ermənistana həmin silahların kəmiyyət göstəricilərinə görə Azərbaycanla ayaqlaşmaqda kömək etməyəcək. Xüsusən də Azərbaycanın Rusiyadan “Smerç” komplekslərinin, TOS-1A odsaçanlarının və T-90S tanklarının yeni partiyasını sifariş etmək üçün danışıqlar apardığı bir vaxtda.

Digər tərəfdən Azərbaycan neftin ucuzlaşmasının yaratdığı bütün fəsadlara baxmayaraq hərbi xərclərini azaltmayıb, əksinə, artırıb. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini çoxdan aşıb keçib. Şübhəsiz ki, Azərbaycan Rusiyanın Ermənistana 2017-ci ildək çatdırmağı nəzərdə tutduğu bu silah çeşidini nəzərə alacaq. Bəs Azərbaycan cavab olaraq silahlanmada hansı addımları ata bilər?

Yuxarıda qeyd olunduğu kimi Rusiyadan “Smerç” reaktiv sistemlərinin, TOS-1A odsaçanlarının, T-90S tanklarının yeni partiyasının alınmasına dair danışıqlar gedir, yaxud ola bilsin artıq müqavilələr bağlanıb. Deməli, Azərbaycanın ayrıca götürdükdə bu dağıdıcı silah sistemləri üzrə Ermənistan üzərində əzici üstünlüyü saxlayacağına şübhə yoxdur. Gözlənilir ki, Azərbaycan silahlanma sahəsində Ermənistan üzərində əzici üstünlüyü daha da möhkəmləndirmək üçün hava hücum vasitələrinin və uzaqvuran dəqiq raket sistemlərinin alınmasına da stavka edəcək.

Bu yaxınlarda rəsmən açıqlandığı kimi Azərbaycan Pakistandan JF-17 qırıcılarının iri partiyasını almağa yaxındır. Habelə Azərbaycan ənənəvi tərəfdaşı İsraildən dəqiq silah sistemlərinin alınmasını davam etdirəcək. Məsələn, bu günlərdə İsrailin Azərbaycana 40 kilometr radiusda hədəfi müəyyən edib vura bilən, döyüş başlığı daşıyan pilotsuz sistemlər aldığı haqda xəbərlər yayılmışdı. Başqa sözlə, neft nə qədər ucuzlaşsa da prezident İlham Əliyevin hakimiyyət başına yeni gəldiyi vaxtlarda elan etdiyi strategiya-Ermənistan üzərində əzici hərbi üstünlük qazanmaq və möhkəmləndirmək strategiyası dəyişməz qalır.

Neftin ucuzlaşması Ermənistanda məmnunluq yarada bilər, ancaq işğalçı ölkənin rəhbərliyi tam arxayın ola bilər ki, gəlirləri nə qədər azalsa Azərbaycanın silahlanmaya daha bir neçə milyard dollar xərcləmək imkanı var və bunda qətiyyən tərəddüd etməyəcək. Deməli Sərkisyanın bu silahlanma yarışına girərək şantaj, vay-şivən yoluyla Rusiyadan 200 milyon dollarlıq yeni silahlar almaqla hərbi tarazlığı bərpa etməyə cəhd göstərməsi ancaq erməni ictimaiyyətində antirus meyllərini cilovlamağa , bir də Sərkisyanın konstitusiyanı dəyişdirərək hakimiyyətinin ömrünü uzatmaq maraqlarına xidmət edə bilərdi…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29