Rusiyanın Türkiyəyə görə tələb etdiyi təcili iclas nəticə vermədi
Rusiyanın Suriyadakı vəziyyətlə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasından keçməyib.
“Rusiya başa düşməlidir ki, onların Suriya prezidenti Bəşər Əsədə dəstəyi dalana dirənib və bu, çox təhlükəli ola bilər”, – Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bəyan edib.
Beləliklə, BMT TŞ-nın növbədənkənar iclasından sonra ABŞ və Fransanın təşkilatdakı daimi nümayəndələri jurnalistlərə təmsil etdikləri ölkələrin Rusiyanın Suriyanın suverenliyi ilə bağlı təqdim etdiyi qətnamənin əleyhinə səs verdiklərini bildiriblər.
Hər iki ölkənin nümayəndəsi bəyan edib ki, Rusiyanın təqdim etdiyi sənədin gələcəyi yoxdur.