Rusiya Ermənistandakı bazasını qırıcı təyyarələrlə gücləndirib
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Hərbi texnika Krasnodar diyarından hərbi-nəqliyyat təyyarələri ilə İrəvan hərbi aerodromuna çatdırılıb. Yaxın günlərdə qırıcı təyyarələr və helikopterlər mühəndis-texniki heyətlə təmin ediləcək və istismara veriləcək. Pilotlar martın ortalarında qırıcı təyyarələrdə uçuşlara başlayacaqlar.