“Qarabağ” gerilədi
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasında mübarizəni qrup mərhələsində dayandıran “Qarabağ” bir pillə geriləyərək 130-cü pillədə qərarlaşıb.
Son Azərbaycan çempionunun ehtiyatında 13,475 xal var. “Qarabağ”la yanaşı, mübarizəni qrup mərhələsində dayandıran “Qəbələ” isə mövqeyini qoruyub. “Qırmızı-qaralar” 5,225 xalla 253-cü pillədə qalıb. “Neftçi” isə 167-ci (9,725), “İnter” 246-cı (5,475) pillədədir.
Xatırladaq ki, siyahıya 163,057 xalla Madrid “Real”ı başçılıq edir. Almaniya “Bavariya”sı (152,064) 2-ci, İspaniya “Barselona”sı (150,057) 3-cüdür.