PKK-dan xain tələ- Bina çökdü, əsgərlər dağıntılar altında qaldı
Diyarbakırın Sur bölgəsində içərisində təhlükəsizlik qüvvələrinin olduğu bina çöküb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə PKK terrorçularının binaya yerləşdirdiyi bombanın partlaması ilə baş verib.
İçəridə olan əsgərlərdən 9-u xilas edilib, 3 nəfərin hələ də dağıntılar altında qaldığı bildirilir.