Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Mübariz ziyalı, folklorşünas və tərcüməçi

Elm, mədəniyyət tariximizdə iz qoyan görkəmli ziyalılarımızdan biri də folklorşünas və tərcüməçi Bəhlul Behcət olub.
Bəhlul Mustafa oğlu Əfəndiyev (Behcət) 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. İlk təhsilini atasından alıb. Cəbrayıl qəzasındakı Hacı Qaraman xanəgahında Hacı Qasım Çələbinin mədrəsəsində təhsilini davam etdirib. Ərəb və fars dillərini öyrənib. Təhsilini başa vurduqdan sonra Şəki şəhərinə gedərək burada uzun müddət mədrəsədə müəllimlik edir. Təxminən 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazısı təyin olunur.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ən fəal tərəfdarlarından biri kimi tanınan Bəhlul Behcət milli hökumətin süqutu ilə barışa bilməyib, mübarizəni ömrünün sonunacan davam etdirib.
Araşdırıcı Həmdullah Əfəndiyev “Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı” adlı kitabında yazır: “1922-ci ilin oktyabr ayında Bəhlul Əfəndi Behcət Xanlıq kəndinə (Qubadlı rayonu) gəlir. Camaat qarşısında çıxış edir: “Tarixi beşiyimiz olan Zəngəzur, Qarabağ və onlara bitişik mahallar yüzillərdir ki, Azərbaycanın tərkib hissəsidir. Bu gün məkrli düşmən tarixi torpaqlarımıza göz dikib. Daşnak tör-töküntüləri müdafiəsiz kəndlərimizə soxulur və camaatın mal-heyvanını talan edirlər… Cihad etməyin vaxtı gəlib. Ata-baba torpaqlarımızı düşmənlərdən qorumalı və azad etməliyik”.
Xanlıq üsyanı 24 oktyabr 1922-ci ildə yatırılır, təşkilatçıları isə təqib edilir. Bəhlul Əfəndi bir müddət üzdə görünmür. Sonra Bakıya gəlir, bolşeviklər burada da onu rahat buraxmırlar. Saxta ittihamlar əsasında 1924-cü ildə istintaqa cəlb olunaraq 10 il azadlıqdan məhrum edilir. 1934-cü ildə azadlığa buraxılan tədqiqatçı “Azərnəşr”də, sonra isə SSRİ Elmlər Akademiyasının Azərbaycan şöbəsinin ədəbiyyat sektorunda fəaliyyət göstərir. 1937-ci ilin avqustunda yenidən həbs olunur. 15 mart 1938-ci ildə güllələnir. 5 noyabr 1958-ci il tarixdə ölümündən sonra ona bəraət verilir.
Həyatının ən çətin dövrlərində belə şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində əzmkarlıq göstərən B.Behcət Sarı Aşığın yaradıcılığı ilə bağlı araşdırmalar aparıb. Topladığı materialları dövri mətbuat səhifələrində dərc etdirir. Onun “Sarı Aşıq”, “Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı”, “El şairi və el şairləri” adlı məqalələri Sarı Aşıqla bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. “Bayatı şairi kimdir?” sualını cavablandırmağa çalışan müəllif yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona “Sarıca” deyiblər. Əsl adı isə Nəbi olub. Həkəri çayı sahilində məskunlaşan gənc aşiq burada Yaxşı adlı bir qıza vurulur. Bayatılarının böyük bir hissəsini ona həsr edir. Bəhlul Əfəndi bu barədə yazır: “Biz Aşığa dair mühüm məlumatı Hacı Qaramanın yeddinci arxa dönən övladı Hacı Qasım Çələbidən öyrənməyə müvəffəq olduq. O, özünün Çələbi nəslinə aid olan bəyanatında “Aşıq” təxəllüslü Sarıca Nəbidən də bəhs edib”.
Onun daha bir tədqiqat işi Nizami Gəncəvi ilə bağlı olub, “Nizami və Qafqaz folkloru” mövzusunda elmi iş üzərində işləyib. Həmçinin məşhur lətifə qəhrəmanı Bəhlul Danəndə ilə də bağlı araşdırma aparıb, onun tarixi şəxsiyyət və azərbaycanlı olması, IX əsrdə Təbrizdə yaşaması iddiasını irəli sürüb. B.Behcət Qaçaq Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirləri də toplayıb. Eyni zamanda bu xalq qəhrəmanının həyat və fəaliyyətinin bir çox məqamlarına aydınlıq gətirib.
Araşdırıcı Rza Xəlilov qeyd edir ki, Şərq tarixini, ədəbiyyatını və dillərini gözəl bilən B.Behcətin bizə gəlib çatan əsərləri onun yorulmaz ədəbiyyatşünas və folklorşünas olduğunu göstərir. Onun Əmin Abidlə birlikdə Əbülqasım Firdovsinin “Şahnamə” əsərini dilimizə tərcüməsi haqqında da fikirlər var.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29