Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ana dilimiz milli sərvətimizdir

Fevralın 18-də Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq – 135: ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirildi. Tədbirdə Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin və Abdulla Şaiq adına 54 saylı orta məktəbin şagirdləri iştirak edirdi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə tədbiri açaraq bildirdi ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Fevralın 24-ü isə görkəmli şair, yazıçı, maarifpərvər Abdulla Şaiqin (1881-1959) doğum günüdür. Abdulla Şaiq ömrü boyu ana dilimizin qorunması, saflığı uğrunda çalışıb: “Ona görə də bu iki əlamətdar tarixin eyni gündə qeyd edilməsinə qərar verdik. Ötən yüzilliyin əvvəllərində orta məktəblərdə dərslər əsasən rus dilində keçirilərkən o, Azərbaycan dilində dərsliklər yazıb. Məktəblərdə dərslərin Azərbaycan dilində tədris olunması üçün böyük səy göstərib. Məqsədimiz Abdulla Şaiq yaradıcılığını uşaqlara daha geniş tanıtmaq, ədibin uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır”.
“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı qeyd etdi ki, dil milli irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır: “Təmsil etdiyim birliyin kollektivi də bunu əsas tutaraq uşaq bağçalarında, məktəblərdə olur, Azərbaycan dilinin zənginliyini təbliğ edir”.
54 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə Hüseynova “Abdulla Şaiq və ana dilimiz” mövzusunda çıxış etdi. Çıxışlardan sonra məktəbin şagirdləri ədibin “Yaxşı arxa” mənzum nağılı əsasında hazırladıqları səhnəciyi təqdim etdilər. Şairin “Top oyunu”, “Bənövşə”, “Qərənfil” və “Bülbül” adlı uşaq şeirləri səsləndirildi.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Yasamal rayonu 27 saylı uşaq bağçasının fidanlarının A.Şaiqin əsərlərinə çəkdikləri illüstrasiyalardan ibarət sərgiyə baxdılar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29