Rusiya ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmür
“ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmürük”.
Virtualaz.org xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
İsveç xarici işlər nazirinin Bakıda keçirdiyi mətbuat konfransında Minsk qrupunun formatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya XİN sözçüsü qeyd edib ki, Minsk qrupunun formatı hamı tərəfindən qəbul olunur: “Bu format bir çox məqamlarda effektivdir. Ona görə də, onun dəyişdirilməsinə ehtiyac görmürük”.