Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Müharibə qaçılmazdır” – Jurnalistlər Qarabağ məsələsinin həll yollarını GÖSTƏRDİLƏR

1988-ci ildən sonra alovlanan Dağlıq Qarabağ müharibəsində Azərbaycan sözün həqiqi mənasında çox şey itirdi: altı da-üstü də qızıl olan torpaqlar, maddi mədəniyyət abidələri, milyonlarla qiymətə malik daşınmaz əmlak, zəngin təbiət, qəhrəman oğul və qızlar, daha nələr, nələr…

Bəzi beynəlxalq təşkilatlar, xarici dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 24 ildir ki, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında vasitəçilik etməyə çalışırlar. Guya çalışırlar… Əslində ortada konkret nəticə ortaya yoxdur…

Azərbaycan mediasında çalışan jurnalistlər Dağlıq Qarabağ münaqişəsinin həllini hansı variantlarda görür, işğal olunmuş torqalarımızın azad olunmasının yolları haqda nə düşünürlər?

Modern.az saytı jurnalistlərlə bu mövzuda apardığı sorğunu təqdim edir.

Telejurnalist Qulu Məhərrəmli düşünür ki, münaqişənin həlli 3 variantda mümkün ola bilər :

“Qarabağ münaqişəsinin həlli üç halda mümkündür: 1) Hansısa geosiyasi şərtlər daxilində ermənilərə yüksək status verməklə; 2) Rusiya iqtisadi-hərbi cəhətdən zəifləyir, Ermənistan və Azərbaycana təsirini itirir və bu halda Bakı hərbi güclə məsələni həll edir;
3) Demokratik Azərbaycan Gürcüstan yolu seçir, Avropa birləşmiş hərbi koalisiyası və ya NATO Rusiyaya qarşı dayanır və bölgəni rus-erməni işğalından azad edir. Sonuncu xəyali variant sayılsa da, müəyyən şərtlər daxilində mümkündür”.

Müstəqil jurnalist Seymur Kazımov hesab edir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verilməsi real variatlardan biridir:

“Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququn verilməsi variantı ən uyğun və real görünəndir.  Amma rəsmi Yerevan bunu qəbul etmək istəmir. Azərbaycan isə öz mövqeyində israrlıdır. Beynəlxalq təşkilatlar bu məsələnin həllində qətiyyət nümayiş etdirmir. ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti göz önündədir.
Müharibə variantı da yaxın 10 il üçün real görünmür.  Çünki hər iki ölkəyə müharibə sərf etmir, eyni zamanda qarşı tərəflərin rəhbərliyinin heç birini bu cür vəziyyət qane etmir.
Münaqişənin həlli üçün ortada siyasi iradə olmalıdır. Təbii ki, bu da yoxdur. ATƏT-in Minsk qrupu bu günədək nə edib? Sadəcə  olaraq regiona turist səfərləri edirlər. İkili standartlar tətbiq edən ölkələrdə, yəni Fransa və ABŞ-da çox güclü erməni lobbisi mövcuddur. Rusiya isə açıq şəkildə Ermənistana dəstək verən dövlətdir. Belə olan halda Minsk qrupu münaqişənin həllinə heç bir yardım edə bilməz”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev deyir ki, bu münaqişənin həllində istənilən forma keçərli sayıla bilər:

“Münaqişənin həlli üçün istənilən format keçərlidir. Təki nəticə etibarı ilə Dağlıq Qarabağ işğaldan yaxa qurtarsın. Bu səbəbdən Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququnun verilməsi  optimal variant olardı”.

“Yeni Müsavat”ın parlament müxbiri Elşad Paşasoy sülh yolunun yalnız qarşı tərəfə, ermənilərə səfəli olduğunu deyir:

“20 ildən artıq davam edən danışıqlar sübut etdi ki, yalnız sülh yolu torpaqların azad olunmasına yox, ermənilərin ərazilərimizdə məskunlaşmasına imkan yaradan prosesdir. Ona görə də düşmənə ən azı bir neçə sarsıdıcı zərbə endiriləndən, bir sıra mühüm strateji mövqelər güc yolu ilə azad ediləndən sonra danışıqlar masası arxasında əyləşmək olar. Horadizin azad olunmasından sonrakı situasiyanı bərqərar etmək lazımdır, Azərbaycan Ordusunda və cəmiyyətində ruh yüksəkliyi, düşməndə isə qorxu və təlaş… Bundan sonra danışıqları başlamaq olar. Sözsüz ki, beynəlxalq təşkilatların iştirakı olmadan danışıqlar mümkün olmayacaq. Ancaq ciddi qurumların ciddi mövqe sərgiləməsi şəraitində. Dağlıq Qarabağa ən yüksək muxtariyyət təklif olunub, ancaq erməni tərəf “müstəqil” olduğunu bəyan edir və geri çəkilmir. İndiki situasiyada muxtariyyət yalnız vaxtın uzadılması və özümüzü aldatmağımız demək olar. Qarabağ separatçıları özlərini “dövlət” elan edir, bölgəyə iş adamlarını, turistləri cəlb edir, belə situasiyada özümüzü aldatmağımıza gərək yoxdur. Proses Rusiyanın iştirakı ilə başlayıb, yəqin ki, onun iştirakı olmadan da davamı mümkün olmayacaq. Ancaq bu iştirak Azərbaycan üçün faydalı perspektiv vəd etmir. ABŞ və Avropanın birmənalı şəkildə Azərbaycanın tərəfində olduğunu zənn etmirəm. Ancaq çalışıb onları öz tərəfimizə çəkməliyik. Türkiyə birbaşa da olmasa, dolayısı ilə bizə hər zaman olduğu kimi, bu dəfə də dəstək olacaq. Ancaq gözləməyək ki, Türk ordusu hücuma keçib Qarabağı ermənilərdən təmizləyəcək. Çünki bu halda Azərbaycan və Türkiyəyə qarşı xristian koalisiyası işə salına bilər. Bu, Azərbaycan ordusunun yazacağı tarix olacaq, inşallah!”.

 “101 FM” radiosunun  xəbər spikeri Əzizə İsmayılova düşünür ki, Dağlıq Qarabağ probleminin həllinə aktiv diplomatik yolla nail olmaq mümkündür:

“Bu problemin həllində müharibə yolunu qətiyyən görmürəm və heç bir halda mümkün variant hesab etmirəm. Zənnimcə, münaqişənin həllinə ancaq aktiv diplomatik yolla, yəni sülh yolu ilə nail olmaq olar. Hazırda həmsədrlərin “yolaverdi” siyasəti ilə deyil, hansısa başqa bir yolla. Təbii ki, dünyanın indiki idarəçilik sisteminin diktəsi göstərir ki, bu və bu kimi problemlərin həllində dövlətlər hansısa supergüclə birgə addım atmalıdırlar. “Bizim üçün uyğun olan hansıdır” sualına cavab verməkdə acizəm.  Hesab edirəm ki, Dağlıq Qarabağ Azərbacanın problemi olduğu üçün, onu yalnız Azərbaycan həll etməyə nail olmalıdır. Dünya gücləri, Amerika, Avropa, Rusiya kimi dövlətlər və ya hasısa ali təşkilatlar bu münaqişənin həllində özlərini maraqlı göstərsələr də, həqiqətdə bunun belə olmadığı hər kəsə aydındır. Çünki, Dağlıq Qarabağ məsələsi Azərbaycandan başqa heç bir dövlət üçün problem deyil, sadəcə maraqların baş-başa gəldiyi bir nöqtədir. Türkiyə isə atacağımız addıma uyğun onsuz da yanımızda olacaq – dostluq, qardaşlıq öz yerində, həm də regionda sabitlik naminə”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bu münaqişənin həllində müharibədən qaçmağın mümkün olmayacağını bildirir:

“Dağlı Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir.  Mən sülh tərəfdarıyam, amma hesab edirəm ki, müharibədən qaçmaq mümkün olmayacaq. Bu zaman Türkiyə faktoru önə çıxa bilər. Amma Rusiyanın tərəfsizliyinini təmin etmədən hərbi əməliyyatlara start vermək təhlükəli ola bilər. Bu isə o deməkdir ki, xüsusilə müharibə ərəfəsində diplomatik səyləri gücləndirmək lazım olacaq.
İstənilən halda Azərbaycan xalqı Qarabağın uzun müddətdir ki işğal altında qalması ilə barışmamalıdır. Məncə, düşmənə güc göstərməyin vaxtı çoxdan çatıb”.

“AzPolitika.info“ saytının baş redaktoru Elnur Məhərrəmli Dağlıq Qarabağın azad olunmasını Türkiyənin köməyi ilə qəfil hücum taktikasında görür:

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində tam həllinin yeganə yolunu Türkiyənin dəstəyi ilə 1 illik hazırlıqdan sonra qəfil hücumda, yəni müharibədə görürəm. Maksimum 6 ay ərzində Azərbaycan işğal altındakı torpaqlarını azad edə bilər. Digər variantların heç biri Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmayacaq. Lakin düşünürəm ki, on minlərlə insanı qırğına verməkdənsə, 7 rayonun işğaldan azad olunması şərti ilə Dağlıq Qarabağın statusu məsələsini 20-30 il sonraya saxlamaqla, müharibənin açdığı yaraların sağalmasını gözləmək, xalqları zamanla barışdırmaq, demokratik və yüksək rifah dövləti qurmaqla, bu problemi öz-özünə də həll etmək olar”.

“Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev fikirləşir ki, biz Amerika və Avropadan kömək ummalı deyilik, münaqişənin həlli müharibədədir:

“Problemin sülh yolu ilə həlli görünmür. İkinci və sonuncu variant təbii ki, müharibədir. Müharibə arzuolunan deyil, amma bizim üçün qaçılmazdır. Beynəlxalq təşkilatların prosesdə yaxından iştirakı münaqişəni daha da dərinləşdir. Rusiyanın köməyi ilə münaqişə daha tez həll oluna bilər, nəinki Amerika və ya Avropa dövlətlərinin. Azərbaycan bu məsələdə Qərbdən kömək ummamalıdır. Münaqişənin “həll açarı” Rusiyanın əlindədir. İndiki məqamda bu məsələdə Türkiyədən dəstək gözləmək sadəlövlük olardı. Çünki, Türkiyənin münaqişə tərəfi olan Ermənistanla əlaqələri yoxdur, münaqişənin həllinə yardım göstərməli olan Rusiya ilə münasibətləri bərbad vəziyyətdədir.

“Korrespondetn.az”  saytının baş redaktoru Aygün Muradxanlı düşünür ki, biz hətta Rusiya ilə üz-üzə gəlsək belə, müharibə yolu ilə Dağlıq Qarabağı işğaldan azad etməliyik:

“Mən savaşdan başqa yol görmürəm. Sülh danışıqları illərdir davam edir və ortada heç bir nəticə yoxdur. Beynəlxalq institutların münaqişələrin aradan qaldırılmasına effektiv işləyə bilməməsinin bir çox səbəbi var. Belə görünür ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün beynəlxalq səylər bundan sonra da nəticə verməyəcək. Dünya birliyi güclə hesablaşır. Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi güc göstərməlidir. Aydındır ki, biz Qarabağda sadəcə Ermənistanla yox Rusiya ilə üz üzəyik . Ancaq bu, bizim öz torpaqlarımızın işğaldan azad edilməməsi üçün bəhanəyə çevrilməməlidir. Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri tərəfindən tanınır. Bizim hərb yolunu seçməyimiz sadəcə beynəlxalq hüququn təmin olunması kimi qəbul edilməlidir. Ermənistan işğalçıdır. Azərbaycan işğalçını torpaqlarından çıxarmalıdır. Məsələ burasındadır ki, rəsmi Bakı ilə Kremlin yaxınlaşması bəzən Qarabağ məsələsində Azərbaycanın üstünlük əldə etməsinə xidmət edirmiş kimi təqdim olunur. Ancaq bu diplomatik üstünlük nədə görünür? Rusiya Ermənistanla hərbi-strateji əməkdaşlığını davam etdirir, Ermənistan hakimiyyəti faktiki Kremlin himayəsi altındadır. Deməli biz bu illərdə faktiki olaraq Qarabağin azad edilməsi üçün nə normal diplomatik fəaliyyət qura bilmişik, nə də də hərbi üstünlük qazanmaq üçün səy göstərmişik. Bir daha vurğulayıram ki, mən işğalın hərb yolu ilə başa çatacağına inanıram. Diplomatik yol yalnız hərbi üstünlüyü olan tərəfin maraqlarına xidmət edir”.

APA TV-nin xəbər müdiri Cavid İsmayıl deyir ki, Azərbaycan üzərinə beynəlxalq öhdəliklər götürdüyünə görə, bu münaqişənin müharibə yolu ilə həllinə inanmır:

“Dağlıq Qarabağ münaqişəsinin həllinin müharibə yolu ilə olacağına inanmıram. Ən azı ona görə ki, Azərbaycan Avropa Şurasına daxil olarkən bu ölkənin iqtidarı da, müxalifəti də münaqişənin dinc yolla həllinə dair öhdəlik götürüb. Problemin Rusiyasız həllini də istisna edirəm. Çünki münaqişənin həllinin açarı onu yaradan ölkənin, yəni Rusiyanın cibindədir. Hazırda dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən mübarizə Qarabağ münaqişəsini arxa plana keçirib. Ona görə yaxın illərdə bu istiqamətdə irəliləyiş gözləmirəm. İstənilən halda bu problem həll olunmalıdır və olunacaq.  Yaxın müddətdə problemi həll edə bilməyəcəyiksə, ən sərfəli variant status-kvonu saxlamaqdır ki, gələcək nəsillərin əlindən münaqişəni həll etmək şansını almayaq. Bizə yalnız ordumuzu və iqtisadiyyatımızı gücləndirmək, cəmiyyətimizi demokratikləşdirmək qalır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29