Fuad Muradov şikayətləri dinlədi – FOTO
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə qəbul keçirib.
Müraciət etmiş şəxsləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, eyni zamanda gənclər və idman sahəsinə aid olan layihələr üstünlük təşkil edib.
Problemləri və təklifləri dinləyən komitə sədri bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş şəxslərin bir qismindən aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Qeyd edilib ki, bütün müraciətlər nəzarətdə saxlayacaq və həllinə köməklik göstərəcək.