Ermənistanda 3 daşnak nazir təyin olundu
Ermənistan parlamentinin Daşnaksütyun partiyasının fraksiya rəhbəri Armen Rustamyan 3 partiyadaşının nazir postuna təyin olunacağını deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər vedrir ki, Artsvik Minasyan iqtisadiyyat naziri, Levon Mkrtçyan elm və təhsil naziri və David Lokyan isə ərazilər və inkişaf naziri təyin olunacaq.
Bundan başqa, ölkənin Araqatsotn vilayətinin qubernatoru Qabriel Gözəlyan və Şirak vilayətinin qubernatoru Ovsep Simonyan da Daşnaksütyun partiyasının üzvləri kimi bu vəzifələrə təyin olunacaq.