Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycanın idxalı və ixracındakı kəskin eniş-Rəqəmlər

Azərbaycanın xarici ticarət dövriyyəsi son iki ildə kəskin şəkildə aşağı düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında ticarət əməliyyatlarının həcmi 1.09 milyard ABŞ dolları təşkil edib. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 40.6 faiz, 2014-cü illə müqayisədə isə 2.4 dəfəyədək azalma deməkdir.

“Bizim Yol” qəzetinin yazdığına görə, idxal əməliyyatlarının həcmi 442.8 milyon manat təşkil edib ki, burada keçən ilin müvafiq dövrü ilə müqayisədə 22.9 azalma müşahidə edilir.

İxraca gəlincə, ötən ilin yanvar ayına nisbətən 48.5 faiz azalma təşkil edib. Belə ki, bu ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 657.07 milyon manat olub.

İxrac əməliyyatının strukturuna gəlincə, aşağıdakı kimidir.

                           2014. yanvar.              2015.yanvar          2016. yan.
Dövlət sek.          1.7 mlrd dollar             1.1 mlrd.               604.8 mln.
Özəl sek.              83.7 mln.                    86.7 mln.              42.3 mln.
Fiziki şəxs.           6.6 mln.                       7.1 mln.               9.8 mln.

Göründüyü kimi, 2014-cü illə müqayisədə dövlət sektoru üzrə 2 dəfədən çox azalma müşahidə edilir. Əlbəttə, bunun da başlıca səbəbi neftin qiymətinin dünya bazarında ucuzlaşmasıdır. Təəssüf ki, özəl sektorda da eyni vəziyyət müşahidə edilməkdədir. Bu onu deməyə əsas verir ki, hələ ki, yaxın illərdə Azərbaycanın ixrac bazarını qeyri-neft məhsulları əvəzləyə bilməyəcək. Hökumət təcili anti-böhran tədbirləri görməsə, ölkənin ixrac potensialını gücləndirməsə, ölkəyə daxil olan gəlirlər azalacaq. Nəticədə yaranmış iqtisadi böhran manata qarşı təzyiqləri bir qədər də artıracaq, əhalinin gəlirlərinə mənfi təsir göstərəcək.

Qeyd edək ki, idxalda MDB ölkələrinin payı 19.7 milyon dollar, ixrac əməliyyatları isə 23.8 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən isə yanvar ayında 144.5 milyon dollarlıq həcmdə mal-məhsul alıb, 410 milyon dollarlıq isə məhsul satmışıq.

İxracın azalmasının əsas səbəblərindən biri neftin qiymətinin ucuzlaşmasıdırsa, digər səbəbi hasilatda müşahidə edilən azalmadır. DGK-nin yanvar ayı üzrə sayğac göstəricilərinə əsasən, 2.7 milyon ton neft ixrac edilib. Halbuki, ötən ilin yanvar ayında 2.8 milyon ton olub.

Avtomobil idxalı ilə bağlı göstəricilər isə onu deməyə əsas verir ki, bu bazarda çöküş yaşanır. Ötən ay cəmi 437 nəqliyyat vasitəsi ölkəyə idxal olunub. Bu sektorda yaranmış vəziyyəti daha aydın görmək üçün aşağıdakı cədvələ nəzər yetirək:

 

Deməli, iki il ərzində ölkəyə nəqliyyat vasitələrinin idxalında 15 dəfə azalma baş verib.
Yeri gəlmişkən, hələ ötən ilin fevral ayında manatın ilk devalvasiyası olarkən, hökumət rəsmiləri bunun ixrac potensialının artırmaq məqsədi daşıdığını bəyan edirdilər. Amma statistika göstərir ki, manatın devalvasiyasının ixracın artımına təsir imkanları sıfır səviyyədədir. Əksinə, bəzi sahələrdə kəskin azalmalar var.

İlin ilk ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neftin ixcarı 49 faiz azalıb. Bu ilin birinci ayında bu sahədən daxilolmalar 547.3 milyon dollar olubsa, ötən ilin yanvarında 1.06 milyon dollar təşkil edir. Neft məhsullarının ixracından daxilolmalar 44 faiz, təbii qaz 46 faiz azalıb.

Qida ixracında meyvə-tərəvəzdə 9 faizlik artım olsa da, bitki və heyvan mənşəli piylərin (yağların) ixracı təxminən 10 dəfəyədək azalıb. Belə ki, bu sahədə azalma 13.1 milyon dollardan 1.3 milyon dollara qədər təşkil edir. Şəkər ixracı 2 dəfə azalıb – 4.7 milyon dollardan 2.2 milyon dollara enib.

Qara metallar və onlardan hazırlanan məmulatlar üzrə ixracımız isə 3 dəfəyədək artıb.

İdxala gəlincə, əsas nəzərə çarpan artım meyvə-tərəvəzdə müşahidə olunur. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisə etdikdə bu sahədə xaricdən aldığımız məhsulların həmi 5.1 milyon dollardan 12.4 milyon dollaradək yüksəlib. Şəkər idxalı 5.2 milyon dollardan 9 milyon dollaradək, bitki və heyvan mənşəli piylər və yağların həcmi 6.9 milyon dollardan 13 milyon dollara qədər artıb.

Buradan aydın olur ki, kənd təsərrüfatı məhsullarının istehsalında ciddi geriləmələr var. Bu sahə aydan-aya idxaldan asılı vəziyyətə düşür.

Qeyd edək ki, ticarət dövriyyəsində əsas yeri İtaliya, Almaniya, İsrail, Rusiya və Türkiyə tutur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29