Ankaradakı terror qurbanlarının sayı 89 nəfərə çatıb
Ankarada baş vermiş terror hadisəsi qurbanlarının sayı artır. Modern.az saytı xəbər verir ki, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terror aktı nəticəsində ölənlərin sayının artdığını açıqlayıb. Nazir hadisə yerində 21, xəstəxanada isə 3 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.
Son məlumatlara görə, terror aktı nəticəsndə ölənlərin sayı azı 28 nəfərə çatıb. Ankaradakı terror aktı nəticəsində yaralıların sayı 61-ə çatıb. Mehmet Müəzzinoğlu bildirib ki, yaralılardan 14-ü xəstəxanadadır.
Türkiyənin baş naziri Əhməd Davudoğlu terror aktı ilə bağlı Brüsselə planlaşdırılan səfərini təxirə salıb.
Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankaradakı terror aktı ilə bağlı məlumat yayıb. Baş Qərargahın saytında verilən rəsmi məlumatda bildirilir ki, yerli vaxtla saat 18.31-də (Bakı vaxtı ilə saat 20.31) Silahlı Qüvvələrin heyətini daşıyan avtobuslara İnönü bulvarı yaxınlığında terror hücumu olub. Həmin vaxt avtobuslar yolayrıcındakı işıqforda dayanıblarmış. Baş Qərargah alçaq terroru pisləyib.
Hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir. Belə ki, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib. <p”>Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi ilə bağlı yayım qadağası tətbiq edib.