Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ankara və Moskva Qafqazda gizli müharibəyə başladı – “TAM MƏXFİ”

Türkiyə və Rusiyanın Şimali Qafqazda nüfuz savaşı şiddətlənib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanı məşhur “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazıb.

Söhbət Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarındakı etnik çərkəzlərdən gedir.

Nəşr yazır ki, münasibətlər pozulandan sonra Ankara yenidən “çərkəz kartını” oynamağa başladı və çərkəz soyqırımı haqda informasiyalar Türkiyə mediasında çıxdı.

Qeyd edək ki, XIX əsrin sonlarında, həmçinin, Stalinin dövründə çərkəzlər kütləvi şəkildə sürgün siyasəti ilə qarşılaşıblar. Nəticədə minlərlə insan həlak olub. Daha sonra Türkiyəyə və müxtəlif yerlərə sürgün edilmiş çərkəzlərin müəyyən qismi öz tarixi vətənlərinə qayıda biliblər.

Rusiya mediası isə bu tarixi faktları Türkiyənin iddiası olaraq təqdim edir.

“Soverşenno sekretno” qeyd edir ki, Qafqazda Azərbaycan və Gürcüstanı ələ almağa çalışan Türkiyə Şimali Qafqazdakı türkdilli xalqları da ayağa qaldırmağı planlaşdırır.

“Moskva bunu anladığı üçün önləyici addımlar atmaqdadır”, – deyə nəşr bildirir.

Nəşr buna nümunə kimi Kabarda-Balkardakı Türkiyədən gələn və hələ də türk pasportu daşıyan 200 çərkəzin Rusiya vətəndaşlığını qəbul etmək istəməsi ilə bağlı yaydıqları bəyanatı göstərir.

“Rusiya və Türkiyənin dövlətlərarası münasibətlərinin böhran mərhələsinə qədəm qoyması bizi ciddi narahat edir. Buna görə də biz çərkəzlər məsələ ilə bağlı münasibətimizi bildirməyə ehtiyac duyduq. Biz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək istəyirik”, – deyə bəyanatı yayan çərkəz icması bildirib.

Müəlliflərdən biri olan Erik Babuq (onun Rusiyada istifadə etdiyi soyad Babuqovdur – red.) deyir ki, Türkiyədə yaşayan etnik çərkəzlərlə türklər arasında böyük fərq yoxdur: “Amma həm də hər iki xalq fərqlidir. Biz yaşamaq üçün vətənimizə gəldik, amma son aylar bəzi çətinliklərlə üzləşmişik. Xüsusilə Rusiyada Türkiyəyə qarşı pis fikirlərin formalaşması bizi narahat edir. Bizim narahatlığımız vətəndaşlıqla bağlıdır. Əgər əvvəllər Rusiya vətəndaşlığını almaq üçün 6, ya da 8 il gözləmək lazım idisə, qorxuruq ki, bundan sonra həmin prosedur daha da uzanar”.

10 il öncə Türkiyədən Kabarda-Balkara köçən Muxaram Kaytuk bildirir ki, onlar Türkiyə vətəndaşlığından imtina etmək istəyirlər: “Bu bizim seçimimizdir. Çünki bizim övladlarımız Rusiya məktəblərində təhsil alır və biz bu ölkədə yaşayırıq”.

E. Babuq isə baş verənlərə təəssüflənir: “Biz sakit yaşamaq istəyirik. Qonşu ölkələr bir-birinə düşmən oldu. Əgər bizim qarşımıza Rusiya, yaxud Türkiyə vətəndaşlığı ilə bağlı seçim qoysalar, biz türk pasportundan imtina etmək və Rusiyada qalmaq istəyirik”, – deyə o bildirir.

Rusiyalı politoloq Arsen Bidov hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Şimali Qafqazdakı türkdilli xalqlara problemlər yarada bilər: “Lakin bu həm də Rusiyaya qarşı təhlükəli məsələdir. Çünki heç kim zəmanət verə bilməz ki, sabah bu xalqlar milli kimlik məsələsini qaldırıb Rusiyaya qarşı çıxmayacaq. Çərkəz soyqırımı kimi tarixi məsələnin qaldırılması da bir növ buna nümunədir”.

“Soverşenno sekretno” qeyd edir ki, qarşıdakı dövrdə Türkiyə və Rusiyanın Şimali Qafqazda türkdilli xalqlar üzərində mübarizəsi güclənəcək.

“Bu regionun alovlanması ilə nəticələnə bilər. Bu mübarizədən əziyyət çəkənlər isə yerli xalqlar olacaq”, – deyə nəşr vurğulayır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29