Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya-Türkiyə qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri

Son dövrlərdə Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük diqqət ayırmasının şahidi oluruq. Hətta Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanın Ermənistana dəstək verməsi səbəbindən Azərbaycanın ərazi bütövlüyünün təhdid altında olması barədə bəyanat verdi.

Türkiyənin bu mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı formada təsir edəcəyi sual doğurur.

Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsi münaqişənin sülh yolu ilə həllinə heç də müsbət təsir göstərmir.

Politoloq qeyd edib ki, ümumiyyətlə, Rusiya-Türkiyə qarşıdurması regiona həm iqtisadi, həm də siyasi baxımdan çox mənfi təsir edən amildir: “Məsələyə Dağlıq Qarabağ münaqişəsi kontekstindən baxanda görürük ki, Ermənistan Rusiya-Türkiyə qarşıdurmasından istifadə edərək və Rusiyanın forpostu olduğuna görə öz maraqlarını irəli sürür. Bu, Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazasında həm texnikanın, həm də canlı qüvvənin artmasına gətirib çıxarır. Heç bir zəmanət yoxdur ki, həmin qüvvələr nə vaxtsa Dağlıq Qarabağ ərazisində peyda olmayacaq”.

A.Nağıyevin sözlərinə görə, bundan başqa, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın istədiyi status-kvonun saxlanması üçün başqa məsələlər də ortaya atılır: “Bunlardan biri də qondarma erməni “soyqırımı”nın ortaya atılmasıdır. Bu, Sarkisyan və onun ətrafına sərf edən bir məsələdir, çünki onlar məhz Dağlıq Qarabağ münaqişəsindən keçərək hakimiyyəti ələ keçiriblər və əgər Dağlıq Qarabağ münaqişəsi həll edilsə, onlar törətdikləri hərbi cinayətlərə görə beynəlxalq tribunal qarşısında cavab verməlidirlər”.

Politoloq vurğulayıb ki, Türkiyənin Baş naziri Ə.Davudoğlunun məlum bəyanatı da yerinə düşür və Türkiyənin mövqeyini əks etdirir: “Çünki Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar. Ermənistan Rusiyanın forpostudur. Çox maraqlı bəyanatlardan biri NATO-nun baş katibi Yens Stoltenberqin verdiyi bəyanatdır ki, nə qədər bu gərginlik var, Dağlıq Qarabağ münaqişəsinin həlli sual altındadır”.

A.Nağıyev vurğulayıb ki, bütün bu gərginliklər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir edir.

Politoloq əlavə edib ki, Türkiyə-Rusiya qarşıdurması deyəndə, ilk növbədə, NATO-Rusiya qarşıdurması düşünülməlidir: “Çünki bu gün NATO Türkiyəni özünə tərəfdaş hesab etməklə yanaşı, Türkiyə NATO-nun üzvüdür, atdığı hər bir addımı, demək olar, NATO ilə razılaşdırır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, NATO ilə Rusiyanın sərhədi məhz Ermənistan ərazisindən keçir. Bu gün Ermənistanla Türkiyə arasında olan sərhəd məhz NATO ilə Rusiya arasında olan sərhəddir. Yəni Türkiyə haqqında düşünəndə nəzərə almaq lazımdır ki, o, NATO-nun üzvüdür. NATO-nun son vaxtlar Rusiyanı böyük bir savaşa sürükləməsi Türkiyənin əli ilə ola bilər. Bu da bir sıra maraqlardan irəli gəlir. Çünki nə qədər ki, Rusiya Türkiyə ilə müharibə edəcək, o qədər də həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyəcək. NATO-nun, ümumiyyətlə, Qərbin qarşıya qoyduğu məqsədlərdən biri də məhz budur”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29