“Fənərbaxça” “Lokomotiv”i məğlub etdi
Bu gün Avropa Liqasında fasilə başa çatıb.
Qitənin ikinci dərəcəli klub turnirində 1/16 finalın oyunlarına start verilib.
İlk oyun günündə bir qarşılaşma keçirilir. Türkiyə təmsilçisi “Fənərbaxça” evdə Moskva “Lokomotiv”ini qəbul edib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.