Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xocalı soyqırımı ilə bağlı tədbirlərin SİYAHISI açıqlandı

Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mtəbuat xidmətindən verilən məlumata görə, bu tədbirlərə elmi-prakitiki konfranslar, dəyirmi masalar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fləşmoblar və s. daxildir.

Avropanın bir çox ölkələrinin – Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belorusiya və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq. Həmçinin, fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarka Krallığında fəaliyyət göstərən “Vətən” Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və digər Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Xocalı faciəsi mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), “Xəzər” Cəmiyyəti, Azərbaycan Evi, Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Alm.Az.“ Cəmiyyəti Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlər keçirəcək. Fevralın 24-ü Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində “Aleksandr Plats” meydanında fləşmobun və fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur. Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcək.

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşurlar paylanılacaq,fevralın 26-da isə Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq.

Xocalı soyıqırımının iyirmi dördüncü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan  anım mərasimi keçirəcək, ABŞ Konqresinə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Xocalı hadisələrinə dair məlumatları əks etdirən plakatlardan ibarət guşə yaradacaq. Şimali Kaliforniya Amerika Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Evi Xocalı soyqırımı  qurbanlarının xatirəsinə həsr olunan  anım mərasimləri təşkil edəcək. Nyu-York Azərbaycan – Amerika Qadınlar Assosiasiyası isə fevralın 26-ı Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı  BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirəcək. Amerika Azərbaycan Mədəniyyət Mərkəzi, Nyu-York Mədəniyyət Mərkəzi, Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF) və Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı qətliamı  qurbanlarının gözü ilə,  qondarma erməni soyqırımının ifşası” şüarı ilə etiraz yürüşünün keçirilməsi də nəzərdə tutulur.

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan  anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rusiyanın bir çox kütləvi informasiya vasitələrində  Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə “Xocalı Şeir antologiyası” kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, Xocalı mövzusunda panel və fotosərgilər də  təşkil ediləcək. Hazırda Gürcüstanda Xocalı ayı çərçivəsində tədbirlər keçirilir.

Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Dövlət Komitəsinə daxil olan məlumatlara görə bir sıra digər ölkələrdə də Xocalı soyqırmının iyirmi dördüncü ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29