Putinə edilən təklif İrəvanı niyə qorxuya salıb?
1921-ci ildə imzalanan Moskva sazişinin ləğv olunması təşəbbüsü Ermənistan üçün sərfəli deyil. Onun müəllifləri bizi müharibəyə cəlb etmək istəyirlər.
Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın Xalq partiyasının rəhbəri Tiqran Karapetyan deyib.
Partiya sədrinin sözlərinə görə, son vaxtlar regionda vəziyyət gərginləşib: “Türkiyə prezidenti Azərbaycana gedir. KTMT sədri Nikolay Bardyuja bəyan edir ki, Rusiyanın Ermənistandakı bazası Türkiyə ilə münaqişə üçün nəzərdə tutulmayıb, digər problemləri həll edir. Bütün bunlar Ermənistan üçün narahatedici faktorlardır”.
Xatırladaq ki, fevralın 8-də Rusiya Dövlət Dumasının deputatları 1921-ci il martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.