Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Müharibə, yoxsa sülh yolu?.. – Azərbaycan gəncləri Qarabağ münaqişəsinin həlli yolunu göstərdilər

Bu il may ayının 24-də Azərbaycanla Ermənistan arasında atəşkəs sənədinin imzalanmasının 22 ili tamam olacaq. Geridə qalan 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, edilən cəhdlər heç bir nəticə verməyib.

Düzdür, bu münaqişə nəinki iki dövlət arasında, həm də regionun güclü dövlətləri ilə yanaşı, dünyadakı supergüclərin də zaman-zaman müzakirə obyekti olub. Amma boş və mənasız müzakirələr nəticə hasil etməyib.

Bu günün Azərbaycan gənci Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda nə düşünür, ümumiyyətlə bu haqda fikirləşirmi?

Modern.az
saytı gənclərlə bu mövzuda sorğu keçirib.

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Şahmar Mehdiyev  hesab edir ki, münaqişənin həlli üçün Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməlidir:

“Mənim fikrimcə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququnun verilməsi variantı ilə biz bu münaqişənin həllinə nail ola bilərik. Azərbaycan Cənubi Qafqazda güclü dövlətdir. Ermənistanın isə müharibə aparmağa nə fikri var, nə də iqtisadi gücü. Əslində bu münaqişə iki dövlət arasındakı problem səviyyəsində olsaydı, çoxdan öz həllini tapmış olardı. Bu münaqişə artıq iki dövlət sərhədlərini aşıb. Müharibə heç vaxt çıxış yolu deyil və olmayıb da. Bizə torpaq şəhid basdırmaq üçün gərək deyil”.

Müstəqil araşdırmaçı gənc Şahin Qocayev düşünür ki,  tarixdə heç bir torpaq tam olaraq sülhlə qaytarılmayıb:

“Artıq 22 ildir münaqişənin sülh yolu ilə həlli istiqamətində dırnaqarası fəaliyyətlər aparılır. Ümumi konteksdə baxarsaq, Azərbaycanın işğal edilmiş əraziləri bütövlükdə istəməsi və Ermənistanın öz işğalçı mövqeyinə haqq qazandırmağa çalışması sülh yolu ilə kompromisə getmək imkanına yer qoymur. Ona görə də atəşkəs vaxt uzadaraq, tərəflərin daha da toparlanması üçün oyundan başqa bir şey deyil. Beynəlxalq təşkilatların yaxından iştirakına nəzər salsaq, vasitəçi missiyası daşıyan ATƏT müharibə və ondan sonrakı dövrdə heç bir ciddi fəaliyyəti ilə yadda qalmayıb. Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət hüququ isə Azərbaycan tərəfinin kompromis qərarıdır. Lakin erməni tərəfi bütövlükdə bununla razılaşmaq istəmir. Nəticə də də Rusiyasız, Qərbsiz bu münaqişənin həlli yoxdur. Yəni onları digərindən ayıraraq, hərəkət edərsək, nəticə etibarı ilə hər iki şəkildə uğursuzluq baş verər. Türkiyənin isə buraya ayrıca daxil edilməsi ümumiyyətlə yersizdir. Türkiyə özü NATO ölkəsi olduğundan Qərbin maraqlarını təmsil edir. Qalır yalnız siyasi müstəvidə əsasən Rusiyanı neytrallaşdırmaq və yaxud Rusiyanın gərgin vəziyyətini gözləyərək müharibəyə başlamaq. Tarixdə heç bir torpaq sülhlə tam qaytarılmayıb. Odur ki, biz istəməsək də, qan töküləcək. Nəzərə alsaq ki, artıq dünya təhlükəsizlik sistemi dağılıb və Azərbaycan Böyük Yaxın Şərq layihəsinin tərkib hissəsidir, o zaman müharibənin daha real olduğunu anlayarıq”.

Azərbaycan Texniki Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi Paşa Allahverdiyev isə düşünür ki, Qarabağ problemini Azərbaycanın indiki siyasi kursu ilə həll etmək mümkün deyil:

“Zaman keçdikcə hər gün Dağlıq Qarabağ münaqişəsinin həlli daha da çətinləşir. Yəni zaman bizim ziyanımıza işləyir. Azərbaycanın indiki siyasi kursu ilə bu münaqişə həll oluna bilən deyil. Rusiyanın yaxından iştirakı ilə münaqişəyə son qoyulması və yaxud Rusiyasız, yəni Amerika və Avropa güclərinin Azərbaycana dəstəyi ilə məsələ həll oluna bilər. Əgər Rusiyanın vasitəçiliyi ilə münaqişə həllini tapsa, biz bilməliyik ki, bunun qarşılığında Rusiya bizdən nəyi alacaq”.

Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Nadir Cəfərov deyir ki, əgər sülh yolu variantı olsa, qarşı tərəf muxtariyyət istəyəcək:

“Məncə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün qarşı tərəf Azərbaycanın tərkibində muxtariyyət hüququn verilməsini tələb edəcək. Müharibə isə 2-ci planda olmalıdır.
Çünki müharibə olsa belə, bunun bizim qələbəmizlə başa çatacağına tam əmin ola bilmərik. Qalib gəlsək belə, itkilərimiz heç də az olmayacaq. Bu gün münaqişənin həllinə Türkiyə öz dəstəyini verməkdədir. Beynəlxalq təşkilatlardan isə bizə heç bir xeyir gəlməyəcək”.

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunu Rəşad Əliyev isə bu münaqişənin real həllini insanların vətənpərvərlik hissinə tam yiyələnməkdə görür: 

“Deyə bilərəm ki, hətta uğurlu diplomatik danışıqların aparılması üçün belə, hərbi gücün önəmi böyükdür. Problemin adının Dağlıq Qarabağ deyil, Ermənistan-Azərbaycan münaqişəsi qoymaq daha doğru olar. Bu münaqişənin həlli ondan ibarətdir ki, əgər Azərbaycan xalqı vətənpərvərlik hissinə tam yiyələnsə, müharibə bizim qələbəmizlə həll oluna bilər. Türkiyə Cümhuriyyətinin yaranışına baxdığımızda vətən, millət və yurd sevgisinin tarixin özünə necə təsir etdiyini görə bilirik”.

Almaniyanın Würzburg Universitetinin Avropa hüququ ixtisası üzrə magistri Yavər Məmmədova bildirir ki, Dağlıq Qarabağ münaqişəsi diplomatik və hüquqi yolla öz həllini tapa bilər:

“Qarabağ münaqişəsi yalnız sülh (diplomatik) yol ilə həll oluna bilər. Bunun üçün Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı, bunu hüquqi yol ilə sübut etməliyik. Elə sübut olunmalıdır ki, ermənilər əks arqument irəli sürmək imkanına malik olmasın. Müharibə versiyası bu gün üçün real deyil, deyə düşünürəm. Çünki unutmaq olmaz ki, bizə dəstək verəcək dövlətlər olduğu kimi, ermənilərə də dəstək olacaq dövlətlər var. Müharibə zamanı 3-cü dövlətin müdaxiləsi qadağan olunsaydı (hansı ki, bu heç real və inandırıcı deyil) o zaman müharibə tərəfdarı olardım. Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nəinki Qarabağı, İrəvanı belə, geri qaytarmağa qadirdir! BMT-nin çıxardığı 4 qətnamə hələ də ermənilər tərəfindən yerinə yetirilmir və beynəlxalq təşkilatlar buna göz yumur”.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu Vüsal Yusiflinin fikrincə, münaqişə sülh yolu ilə bitməlidir:

“Bu münaqişənin sülh yolu ilə bitməsini istərdim. Çünki sülh yolu ən gözəl və optimal çıxışdır. Müharibə baş versə, təbii ki, bu nə bizə, nə də qarşı tərəfə xeyir verər. Məsələnin tək yolu sülhdür.
Təbii ki də sülh yolu ilə bizim qədim torpaqlarımızın geri qayıtmamaq məsələsi ortalığa çıxa bilər. Bu zaman məncə yeganə yol müharibə yoludur. Bəli, bu humanistik olmaya bilər. Lakin qan ilə götürülən torpaqlar qan ilə geri qayıtmalıdır”.

YAP Gəncə şəhər Təşkilatının idarə heyətinin üzvü , Gəncə Şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin üzvü Zərifə Xasayeva da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həllini tapsa, daha yaxşı olar:

“Sabitlik  və əmin-amanlıq şəraitində daim çiçəklənən doğma Azərbaycanımızın illərdir bir yarası var: Dağlıq Qarabağ problemi. Hər bayramda hər bir azərbaycanlı növbəti bayramları Qarabağda keçirmək arzusunu dilə gətirir. Mən bir gənc olaraq, məsələnin həlli yolunu Prezidentimizin vurğuladığı kimi, diplomatik yolla-sülh yolu ilə həll olunmasını məqsədəuyğun hesab edirəm. Təbii ki, bu məsələnin həllində beynəlxalq təşkilatların və Rusiyanın yaxından iştirakı bizə əsas yardımçı qüvvə olar. Və zaman..!  Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti bu qələbə sevincini bizə yaşadacağına əminəm! Biz Azərbaycan gəncləri olaraq, bu siyasətdə daim cənab Prezidentimizin yanındayıq!”.

Böyük Britaniyanın Qlazqo Universitetinin İqtisadiyyat fakültəsinin məzunu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Beynəlxalq əlaqələr departamentində məsləhətçi Toğrul Məmmədli düşünür ki, əgər sülh yolu mümkün olmasa, müharibə variantı da qaçılmazdır:

“Düşünürəm ki, biz işğal altında olan torpaqlarımızı müharibə yolu ilə azad etməyə həmişə hazır olmalıyıq. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hər zaman özünün siyasi iradəsini göstərməlidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması, həmçinin bu Şuranın həmsədr ölkələrinin nüfuzunu nəzərə alsaq, bu məsələnin həlli yolları var. Ancaq beynəlxalq təşkilatlar öz münasibətlərini açıq şəkildə ortaya qoymalıdır”.

Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinin məzunu, Kənd Təsərrüfatı məhsullarının satışı üzrə menecer Tərlan Həsənli isə bu qənaətdədir ki, münaqişə Rusiya və Qərbin razılaşması əsasında həllini tapa bilər:

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolu həm Rusiyadan, həm də Qərbdən keçir. Onun üçün Azərbaycan hər iki tərəfin maraqlarına uyğun şəkildə bu münaqişənin həlli üçün bir çözüm tapmalıdır”.

AMEA-nın Folklor İnstitutunun doktorantı, Yazıçılar Birliiyinin üzvü Famil Mədətov Dağlıq Qarabağ probleminin həllini beynəlxalq təşkilatların siyasi iradəsində görür:

“Məncə Dağlıq Qarabağ münaqişəsinin birinci həll yolu sülh, diplomatiya yoludur. Əgər belə olarsa, biz demək olar ki, az ziyanlı uğuru əldə etmiş olarıq. Belə olmadığı təqdirdə isə müharibə qaçılmazdır. Tərəflər bərabər olmadığından müharibə başlasa belə, uzun müddət davam edə bilməz. Çünki düşmən indiki vəziyyətdə gec-tez ordumuza təslim olacaq. Beynəlxalq təşkilatların sülhyaratma missiyası isə bu məsələdə çox vacibdir. Çünki o təşkilatlar bu cür münaqişələrin həlli üçün yaradılıblar”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29