Moskvadakı diaspor təşkilatımiz ermənilərin Qarabağ xalçası satmasına belə reaksiya verdi
“Rusiya paytaxtında Azərbaycana məxsus Qarabağ xalçalarının satıldığı və Ermənistan pavilyon-mağazası haqqında məlumatımız yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Ümumrusiya azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev deyib.
O qeyd edib ki, Moskva böyük şəhərdir və demək olar ki, hər gün belə provakasiyalı işlərlə rastlaşmaq olar. “Bu gün bizdə həmin pavilyon-mağaza haqqında məlumat yoxdur. Əgər bu davam edərsə, özüm və ya başqa əməkdaşımız ora baş çəkəcək, bununla bağlı fikrimizi, mövqeyimizi bildirəcəyik”.
.Hacıyev bildirib ki, bu yaxınlarda onlar mağazalarda Qarabağ adı altında satılan cem məhsullarının yığışdırılmasına nail olublar. “Qarabağla bağlı cemlər mağazalarda satışa çıxarılmışdı. Biz ona etiraz bildirərək yığışdırdıq. Lakin bu işlər davamlı şəkildə aparılır. Biz belə hallarla rastlaşanda qarşısını almağa çalışırıq. Bu isə hər zaman effekt vermir, nəticə əldə edə bilmirik. Biz bu gün bu pavilyonla da maraqlanacağıq və fikirlərimizi bildirəcəyik”.