Jirinovskidən Türkiyəni parçalamaq formulu: “Kürdüstan”, erməni, yunan…
Rusiyanın Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski Türkiyəni parçalamağın formulunu açıqlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun “Krımın ilhaqını tanımayacağıq” bəyanatına şərh edən Jirinovski Moskanın “Kürdüstan”ı tanımalı olduğunu deyib.
“Biz cavab olaraq Türkiyədəki Kürdüstanı müstəqil ölkə kimi tanımalıyıq. Qərbi Ermənistanın torpaqlarını tələb etməliyik. Bundan başqa, Bolqarıstan və Yunanıstan da öz tələblərini dilə gətirə bilər. Beləliklə, türklərə torpaq qalmayacaq”, – Jirinovski sərsəmləyib.