Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İsraildə Xocalıya görə 613 ağac əkiləcək

İsraildə Xocalıya görə 613 ağac əkiləcəkİsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) 1992-ci ilin fevralında Xocalıda qətlə yetirilən hər bir azərbaycanlının xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondunun, “Justice for Khojaly” beynəlxalq kampaniyasının və “Keren Kaemet le İsrael” Yəhudi Milli Fondunun dəstəyi ilə İsraildə, Prezident meşəsində 613 ağac əkməyi planlaşdırır.

 Zaman faciənin miqyasını azaltmır, əksinə, illərin əlac edə bilməyəcəyi qaysaqlamayan yaranın ağrısını daha da şiddətləndirir.

 İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərtac-a bildirib ki, hər il “Azİz” onilliklər boyu sərsəm “Böyük Ermənistan” ideyasını dünya ictimai fikrinə yeridən erməni millətçilərinin Azərbaycanı sövq etdikləri Dağlıq Qarabağ müharibəsinin qızğın çağında Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə həsr olunmuş tədbirlər təşkil edir. Erməni təbliğatçıları uydurma ideyalarını həyata keçirmək yolunda adi böhtandan tutmuş dünya informasiya məkanında dəqiq ifadə olunmuş məqsədli yalan və qlobal dezinformasiyayadək hər cür çirkin üsula əl atırlar. Amma bu son dərəcə natəmiz üsullar da erməni cinayətkarlarına azlıq edir. Ermənilər qəsbkarlıq ideyalarını həyata keçirmək üçün nə insanları dədə-baba yurdlarından didərgin salmaqdan, nə də ərazi ələ keçirmək xatirinə bir xalqı amansızcasına məhv etməkdən çəkinirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə də məhz belə bir faciə baş verib. Silahlı erməni quldur birləşmələri sovet ordusu hissələrinin dəstəyi ilə 613 nəfəri yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər.

 Azərbaycanın Xocalı şəhərində faciəli hadisələrlə əlaqədar anım mərasimi fevralın 26-da keçiriləcək. “Azİz” bu layihənin həyata keçməsinə göstərdiyi yardım və dəstəyə görə İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri, İsrailin keçmiş xarici işlər naziri, “İsrail bizim evimizdir” partiyasının başçısı, Knessetin deputatı Aviqdor Libermana xüsusi təşəkkür edir.

 Xocalı faciəsinin təntənəli anım mərasiminə Knessetin deputatları, İsrail isteblişmentinin nümayəndələri, diplomatik missiyaların başçıları, bələdiyyə şuralarının, ictimai təşkilatların nümayəndələri, jurnalistlər dəvət olunublar. Bakıdan Milli Məclisin deputatları Fuad Muradovun və Rauf Əliyevin də məxsusi olaraq tədbirə qatılacağı gözlənilir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29