Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Meksikada təqdim olunub

Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan “ANAHUAC” Universitetinin (Universidad Anahuac) Qlobal Araşdırmalar Fakultəsində Səfirlik tərəfindən ispan dilinə tərcümə edilmiş və Meksikada nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən məlumat verilib.

Təqdimatda Anahuac Universiteti Beynəlxalq Araşdırmalar Fakultəsinin Dekanı Karlos Kamaço Qaos (Carlos Camacho Gaos), universitetin tələbə, müəllim və müxtəlif dərəcəli elmi işçi heyəti iştirak etmişdir.

Tədbir giriş sözü ilə açan Karlos Kamaço Qaos çıxış edərək bildirmişdir ki, Səfir İlqar Muxtarovun Meksikada diplomatik fəaliyyəti artıq başa çatır, həmçinin bu tədbirin bir növ vidalaşma mərasimi olduğunu söyləyib. K.K.Qaos Səfir İ.Muxtarovun Meksikada olduğu müddət ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib, eyni zamanda Anahuac Universiteti ilə yaxından əməkdaşlıq etməsi münasibətilə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Eləcə də tədbirin mahiyyəti barədə məlumat vermiş, Azərbaycan tarixi həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Daha sonra Səfir İlqar Muxtarov çıxış edərək, ölkəmizin ərazisi, əhalisi, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından, həmçinin burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları barədə məlumat vermişdir.

Daha sonra İ.Muxtarov, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı tarixi kitabın çap edilməsinin əhəmiyyətini qeyd edərək, bu kitabın işıq üzü görməsinin Azərbaycan tarix elmində diqqətəlayiq bir hadisə olduğunu bildirib. Nəzərə çatdırıb ki, kitabda, XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli rol oynayan, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan dövlətlərindən birindən – İrəvan xanlığından bəhs olunur. Qeyd edib ki,kitabda XIX əsrin əvvəllərində baş verən Rusiya işğallarına qədər İrəvan xanlığı əhalsinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilib və erməni müəlliflərin xanlığın xristian əhalisi barədə uydurma fikirləri – əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunur.

Həmçinin diqqətə çatdırıb ki, XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri – təlimatlar vasitəsilə əks olunub.

Daha sonra səfir İ. Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırmının nəticələrindən bəhs edib. Qeyd etmişdir ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır. Bildirmişdir ki, ermənilər “dənizdən dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşdür. Bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edilmişdir. 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulduğunu diqqətə çatdırılmışdır.

Səfir vurğulamışdır ki, bugünədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir. BMT TŞ-nin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtmaları haqda 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin heç birinin icra olunmadığı qeyd edib.

Eyni zamanda Səfir İ.Muxtarov bildirmişdir ki, artıq bir neçə ölkənin parlamentlərində (Meksika, Kolumbiya, Peru, Panama, Qvatemala, Honduras, Pakistan, Sloveniya və s), həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqında, Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilmişdir.

Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilmiş və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir. Həmçinin Səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş “Xocalıda Soyqırım” jurnalı, tərəfimizdən ispan dilinə tərcümə edilərək Meksikada nəşr olunmuş “Sumqayıt 1988: Cinayət və Cəza” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabları iştirakçılara və universitetin kitabxanasına təqdim edilmişdir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29