Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan dini liderlərinin banklarda böyük məbləğdə pulları aşkarlandı

Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) İsveçrənin HSBC bankında hesab açmış Ermənistandan olan müştərilərin siyahısını dərc edib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, araşdırmalar “SwissLeaks” tərəfindən aparılıb.
Araşdırmanın nəticələrinə görə, Ermənistanla bağlı 10 müştəri (onlardan 4-ü erməni pasportuna/vətəndaşlığına malikdir) 1989-2006-cı illərdə 23 bank hesabı vasitəsilə 21 müştəri hesabı açıb. Ermənistandan olan müştəriylə bağlı maksimum pul məbləği 5,8 milyon ABŞ dolları təşkil edib.
21 müştəri hesabından 17-si fərdi şəxslər, 2-si offşor şirkətlər tərəfindən açılıb, 2-si isə “nömrəli” hesabdır. Bu 10 müştərinin 2006-2007-ci illərdə bankda 15,4 milyon ABŞ dolları saxladığı qeyd olunur.
Bu 10 müştəri arasına bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin də daxildir. 2006-2007-ci illərdə onun hesabında 1 074 926 dollar vəsait olub.
Erməni Apostol Kilsəsi olan Eçmiadzindən bildirilib ki, hesab kilsənin maraqları və xeyriyyə üçün katalikosun sələfi tərəfindən açılıb və onun ölümündən sonra eyni məqsədlər üçün II Qareginin adına keçirilib.
İsveçrə banklarında hesabları olanlar arasında Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, 2006-2007-ci illərdə hesabında 3 960 278 ABŞ dolları olan arxiyepiskop Şaqe Acemyan, Erməni Apostol Kilsəsi Fransadakı yeparxiyasının şura üzvü, katalikos II Qaregin və arxiyepiskop Şaqe Acemyanla sıx münasibətləri olan Serj Bedoyan da var.
Bedoyan hər il Fransadakı erməni universitetlərdə təhsil alan tələbələr üçün Ermənistana turlar təşkil edir. 2014-cü ildə Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan və diaspor arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə onu Movses Xorenatsi medalı ilə təltif edib. Məlumata görə, 2006-2007-ci illərdə S.Bedoyannın altı müştəri hesabında ümumilikdə 5 818 919 ABŞ dolları məbləğində pul vəsaiti olub.
Qeyd edək ki, bu məlumatlar HSBC bankının sabiq əməkdaşı Erve Falçiani tərəfindən yayılıb. E.Falçiani bütün bu məlumatları Fransa vergi orqanlarına verərək onların vergidən yayınmaq üzrə araşdırmaya başlamasına səbəbkar olub. Sonradan sənədlər Fransanın “Le Monde” qəzeti vasitəsilə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumuna çatıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29