DİN ermənilərin Ağdamda mülki vətəndaşı yaralaması ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Ağdamda mülki vətəndaşın ermənilər tərəfindən vurulması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 15-də saat 15 radələrində Ağdam rayonunun Çıraqlı kənd sakini 15 yaşlı Coşqun Məmmədov əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.
C.Məmmədov xəstəxanaya yerləşdirilib.