Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakı üçün “yol xəritəsi” və müharibə planı: NATO səfiri niyə gəlib?

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda səfərdədir.

Publika.az xəbər verir ki, səfər çərçivəsində xüsusi nümayəndə Xarici İşlər Nazirliyində və Müdafiə Nazirliyində görüşlər keçirəcək.

Rusiya mediası Ceyms Appaturayın Bakıya özü ilə Azərbaycanın NATO ilə əməkdaşlığını genişləndirmək üçün “Yol xəritəsi” gətirdiyini iddia edir.

“İmperor.net” analitik portalı diplomatik mənbələrə istinadən yazır ki, NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycan Müdafiə Nazirliyində Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi ilə bağlı danışıqlar aparıb.

Lakin portal iddia edir ki, Appaturayın səfərinin əsas hədəfi başqadır.

“Əsas hədəf Dağlıq Qarabağda gərginliyin artırılmasıdır. NATO bununla Rusiyanın münaqişə prosesində əsas üstünlüyünü aradan qaldırmaq niyyətindədir”, – deyə portal iddiasında qeyd edir.

Portal, həmçinin, Dağlıq Qarabağda yaxın dövr ərzində müharibənin başlayacağını da iddia edib.

“Bununla yanaşı, Appaturay Azərbaycanın NATO-ya inteqrasiyası üçün yeni “Yol xəritəsi” ilə də Bakıya gəlib. Hesab etmək olar ki, Alyans Azərbaycanı öz ailəsinə daxil etmək üçün prosesə start verib”, – portal digər iddiasında bu haqda yazır.

“Tiflisin Soçidə Rusiya ilə gizli sövdələşmələri Azərbaycanın nüfuzunu artırdı”

NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a açıqlamasında C. Apaturayın Bakı səfərini şərh edib.

F. Məmmədov bildirir ki, Azərbaycan-NATO münasibətləri həm siyasi, həm də hərbi sahədə hər zaman inkişaf edib: “NATO üçün Azərbaycan strateji önəm daşıyır. Bakı həm Əfqanıstan məsələsində, həm də Cənubi Qafqazda gedən proseslərdə aktiv iştirak edir. Təbii ki, Gürcüstanın NATO-ya yaxınlaşdığı bir vaxtda Apaturayın Bakıya səfəri təsadüfi deyil. Qərb də yaxşı anlayır ki, Cənubi Qafqazda etibar ediləcək tərəfdaş nə Gürcüstan, nə də Ermənistan yox, məhz Azərbaycandır”.

İnstitut rəhbəri qeyd edir ki, rəsmi Tiflisin 2014-2015-ci illərdə Soçidə Rusiya ilə gizli sövdələşmələri hərbi və strateji baxımdan Azərbaycanın regionda nüfuzunu daha da artırdı.

“Bütün bunlar Qərbə bir daha mesaj idi ki, Azərbaycan regionun ən etibarlı tərəfdaşıdır. Apaturayın səfəri də mütləq şəkildə hansısa mesaj kəsb edir. Bu gün artıq siyasi proseslər sürətlənib, dünya yeni hərbi prosesin başlanmasına şahid olur. Bu, həmçinin, tərəf seçmə zamanıdır”, – deyə o diqqəti bu istiqamətə çəkir.
“Bakı və NATO arasında arxa planda qalan strateji sənədlər var”

F. Məmmədov Rusiyanın narahatlığının anlaşılan olduğunu düşünür: “Çünki Moskva da anlayır ki, Azərbaycan etibarlı tərəfdaşdır və istənilən an onu itirə bilər. Bu Rusiya üçün kabus ssenarisidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün iki gün öncə “Azərbaycanla Rusiya arasına heç kim girə bilməz” mesajı da təsadüfi deyildi. Yəni narahatlıqlarını açıq şəkildə dilə gətirirlər”.
F. Məmmədov hesab edir ki, bütün proseslər Azərbaycandan keçdiyi üçün Bakı siyasi durumu analiz edərək, prosesdən qalib çıxmalıdır.
“Bakı və NATO arasında arxa planda qalan strateji sənədlər var. Rusiyanın narahatlığı da məhz budur. Azərbaycanın hərbi və siyasi çəkisi ona sərf etmir. Səbəb regionu itirmək təhlükəsidir. Buna görə də Rusiya son ana qədər bütün vasitələrdən istifadə edərək, Azərbaycan-NATO münasibətlərini soyutmağa çalışacaq. Lakin bunun baş tutacağını hesab etmirəm”, – deyə institut rəhbəri bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29