Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Azərbaycan Ermənistandan 10 pillə öndədir – SİYAHI
“Global Firepower” hərbi portalı dünyanın ən güclü ordularının illik indeks reytinqini açıqalyıb.
Modern.az saytı hərbi portala istinadən xəbər verir ki, reytinqin başında ABŞ ordusu dayanıb.
126 ölkənin hərbi potensialı – canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi sənayesinin inkişaf gücü nəzərə alınan reytniqdə Azərbaycan ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü orudusu seçilib.
Ermənistan ordusu 74-cü (1,8231), Gürcüstan 75-ci (1,8434), İran 23-cü(0,7614), Türkiyə isə 10-cu (0,4339) yer alıb.
Ən zəif ordusu olan ölkələrə Mali (3,7392), Mozambik (3,8115) və Somali (5,7131) daxildir.
Modern.az ən güclü ordusu olan 10 ölkəni təqdim edir.
- ABŞ (0,1663)
- Rusiya (0,1865)
- Çin (0,2318)
- Hindistan (0,2698)
- Böyük Britaniya (0,2747)
- Fransa (0,3069)
- Cənubi Koreya (0,3098)
- Almaniya (0,8507)
- Yaponiya (0,3841)
- Türkiyə (0,4339)