Türkiyə ordusu PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib
Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.
“Türkiyə Silahlı Qüvvələri PYD-nin Aazas rayonundakı mövqelərini atəşə tutub”, deyə mənbə qeyd edib.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.
Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə biləcəyini qeyd edib.