Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Turan fəlsəfəsi: təktanrıçı, həqiqətçi və tərəqqiçi-1.Yazı

Turan Midiyasında fəlsəfə, din və mədəniyyətin əsas daşıyıcıları Turanlı maqlar/şamanlar olublar. Kuti, Turukki və Manna türklərinin davamçısı olan Turan Midiyasının maqlarının əsərləri ya məhv edilmiş, ya Zərdüşt kimi İran/Arian mütəfəkkirləri tərəfindən dəyişdirilərək yeni məna kəsb etmişdir. Hər halda Zərdüştə qədər Turan Midiyasında yaxın qohumların evlənməsi yasaq, günah olduğu halda, Zərdüştün “Avesta”sı ortaya çıxıdığı və fars Əhəmənilərin hakimiyyətə gəlməsindən sonra bir çox qanunlar kimi, bu yasaq da qaldırılmışdır. Deməli, Turan Midiyasının fəlsəfi, dini və mədəni həyatı İran Əhəmənilərinin fəlsəfi, dini və mədəni həyatına daban dabana zidd olmuşdur. Bu öz əksini Turanlıların Maq dininə zidd yeni din yaratmaq istəyən Zərdüştə və onun tərəfdarlarına açıq şəkildə düşmən münasibəti ortaya qoyur. Bu anlamda Turan Midiyasında fəlsəfi, dini və mədəni həyatın öncüllərinin Maqlar olması, Midiyanın süqutundan sonra onların yerini Zərdüştü kahinlərin tutması qənaətindəyik.

Deməli,  Türk-Turan fəlsəfəsinin əsil mahiyyətini aşkara çıxarmağın yollarından biri də Maqlar təlimindən keçir. Çünki Maqlar təlimində Zərdüştliklə üst-üstə düşməyən, kifayət qədər fərqli olan məsələlər var. Bu ziddiyyətləri və fərqləri nəzərə almadan Maqların təlimini Zərdüştizmə calamaq çox yanlşıdır. Amma nəzərə alsaq ki, bunu edənlər İran/Ari kimliyi və Hind-Avropa mədəniyyətindən (Avropa mərkəzçilikdən) çıxış edirlər, o zaman saxtakarlığı başa düşmək çətin deyildir.

Bu baxımdan Azərbaycan “Avropa mərkəzçilər”indən İqrar Əliyevin, Sara Qasımovanın bir tərəfdən «maqların təlimi»nin Azərbaycan və İran ərazisində, zərdüş­ti­likdən fərqlənən ən qədim dinlər olduğunu göstərdiyi halda, digər tərəfdən də bu dini təlimlərin bir çox cəhətlərinə (dualizm – xeyir və şər allahları, oda sitayiş.) görə ziddiyyət də təşkil etmirlər iddiası doğru deyildir. İqrar Əliyevin Maqlar təlimini Zərdüştlüklə bağlamaq üçün irəli sürdüyü mənasız fikirləri, özəlliklə «maqların təlimi»ni “Zurvanizm”lə əlaqələndirməsi, hətta Maqların fəlsəfəsindəki işıq və zülmətin mübarizəsinin buradan qaynaqlanmasını irəli sürməsi cəfəngiyyatdır. Ona görə cəfəngiyyatdır ki, xeyir və şər, işıq və zülmət arasında mübarizəni yalnız Zərdüştlük və onula bağlı dinlərələ əlaqələndirmək doğru deyildir. Bu cür ikili mübarizə bütün əski və sonrakı dinlərdə, hətta mifolojilərdə olmuşdur.  Yəni ikili mübarizəni ancaq zərdüştlüklə bağlayaraq, Turan fələsəfəsinin tərkib hissəsi olan Maqlar təlimini də onunla qohum etmək sırf ideoloji mahiyyətlidir.  Bizcə, bu cür düşüncələrin ilk qaynağı Turan fəlsəfəsidir.

Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. 4 minilikdə İkiçayrasında mövcud olmuş Summer sivilizasiyasının varlığı Turan kosmoqoniyasının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Summerlərdə və digər Turani qövmlərdə görünən Gök Tanrı dininin (Gök Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi təsadüfi deyildir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən, məsələn Şummerlerdən  keçməsi get-gedə daha çox qəbul olunur.

Summerlərdə erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Gök Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Gök körpüsü, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Gök Tanrıya aid olduğu üçün, Gök körpüsünün (Göy qurşağı) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi bir birinin ziddi olan, fəqət bir birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar  da “Gök Tanrı” və “Asra Yer” idi. Həqiqətdə  hər şey bir fəza (xaos)  halından ibarət ikən sonradan vuzuh qazandıqca gök yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və birbirinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”. Orhon kitabəsində də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıkta, ekin ara kişioğlu kılınmış”.

Ülkenin fikrincə əslində bir olan iki zidd prinsipin sonradan təkrar birləşməsi Türk kozmogonisinin vəhdətçi (monist) bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Gök Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Gög Tanrının yaratdıqlarını məhv edəndir. Gök Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Gök Tanrının bir parçasıdır. Ülken yazır: “Göklə yer arasındakı ayrılıq ancaq  vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır”. Türk düşüncəsində atam Gök, anam Yerdir. Gök Tanrının timaslı Gökdə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir.

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Gök Tanrı Tenger, yer Tanrısı Yireydir. Gökdə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Gök Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-sular hakimdir.

Turan-Türk fəlsəfəsində Tanrının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra  əvvəlcədən şəkli olan İnsanı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir.

Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: Aləmdə heç bir şey yox ikən Qaraxan (görən) və su (görünən) vardı. Yəni epistemoloji dillə biri nəfs subyekt, digəri mövzu obyekti təmsil edirdi.  Qaraxan şəkilsiz və qeyri-müəyyən bir qüvvət, bir növü xaos olan sudan İnsanı yaratdı; beləcə özünü yalnızlıqdan qurtarmaq istədi. “İnsan” və Qaraxan su üzərində uçmaya başladılar. Fəqət insanın qürur və ehtirası Qaraxanı aşmaya və başını göklərə yüksəltməyə sövq etdi. Qaraxan onu cəzalandırımayı düşündü. Suyun dibinə batıraraq “bilmək” və “uçmaq” iqtidarlarını ondan aldı. Fəqət sonradan bu tək sevgili məxluquna acıyaraq ona təkrar “bilməy”i geri verdi. Yalnızca qürur və rəqabətinin yanlış yollara sürüklədiyi “uçmaq”ı ona geri vermədi. Onu bir yerı bağlamaq və yaşatmaq üçün dənizin dibindən bir ulduz yüksəltdi. Bundan bir ovuc torpaq aldı və beləcə adalar, dağlar meydana çıxdı. Fəqət insan bir türlü uslanmadı. Yenə Yaradanla boy ölçüşməyə qalxdı. O zaman Qaraxan  Yayık ismində bir mələk göndərdi. Onun vasitəsilə insanı Yerə göndərdi və Erlik (Yerlik) Xan deyə ad qoydu. insanlar onun nəslindən yetişdi.

Burada “Uçmaq”ın insandan alınması diqqətçəkicidir. “Uçmaq”ın cənnət olduğu və beləcə İnsanın cənnətdən  qovulduğu görülür. Bilmək və Uçmaq, ağıl və ehtiras kimi ruhun iki qüdrətini göstərir. İnsanın  qürurunu qırmaq üçün özündən ehtirasın alınaraq yalnızca mötədil və sakin ağılla buraxılmasımı ifadə etməkdədir.

Turan-Türk düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qaraxan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi  prinsiplər arasındakı ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.

Bu anlamda Turan Midiyasının Maqlar təlimində də ikili mübarizə məsələsində xəyalçılıq və qədərçiliyə yer yoxdur. Digər tərəfdən Turani maqların təlimində ikili mübarizə vahid ruhdan törəyən dualizim olduğu halda, zərdüştlükdə hərəsi müstəqil qüvvələrdir. Deməli, təkallahlı dini inanc sistemi olan Maqlar təlimindən fərqli olaraq Zərdüştlükdə ikiallahlıq vardır.  Bu baxımdan İ.Əliyevin yazması ki, maqlar odu, torpağı və suyu allah hesab etdikləri halda, onlar allahların təsvirlərini tanımırdılar, onun nə qədər ziddiyyətli mövqe tutması göz önündədir. Əgər Maqlar bir olan Tanrıya tapınırdılarsa, deməli onlar üçün ikili mübarizə Yer üzərində yaşayan insanlarla bağlı idi. Yəni Maqların Tanrısının yaratdığı Dünya, İnsan daxilində İşıq və Zülmətin mübarizəsi gedirdi. Təbii ki, Turani Maqların inanc sistemindəki Tanrı İşığın yanında yer alır, Zülmət və digər mənfliklərə qarşı idi. Bu baxımdan «Maqların təlimi»ndəki tək Tanrıdan törəyən İşığın Ahur-Mazdaya, Zülmətin isə Anhra-Manyuya çevrilməsi Zərdüştizmin məhsuludur, bunu maqlarla bağlamaq doğru deyildir. Bu anlamda Zərdüştiliyin/Hind-Avropa mədəniyyətinin daşıyıcılarının Maqların təlimini saxtalaşdırması bir yana, üstəlik əski Türk mədəniyyətinin üzərindən cız çəkərək, hər şeyi İran, Hind-Avropa mədəniyyətinin adına yazması yolverilməzdir. Bu cür saxtakarlıqlarının elmləşməsinin nədəni Turan Midiyasının varlığının, Turan mədəniyyətinin görməzlikdən gəlinməsidir. Bir sözlə, Türk-Turan mədəniyyətinin varlığına göz yumulduğu  bir zamanda İran, Hind-Avropa mədəniyyətinə qarşı ya alternativ qalmır, əgər alternativ ortaya da çıxarsa o zaman “naməlum” damğası vurulur.

Oğuz dastanına görə ilk Türk hökmdarlarından Buğuhan Türk-Turan dinini təsis etmişdi. Ümumiyyətlə, Turan-Türk hikmətində “yaradılış” örnəklərinə Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazır ki, Turan-Türk hikmətinə görə, aləmin iki zidd qüvvətin arasındakı ahəngdən doğmuşdur.  İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındakı sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındakı uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə,  bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli  həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqət ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir. Çünki Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq birbirinin ziddi olmasına rəğmən yenə birbirini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində  “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyümüz kimi bu prinsiplərdən biri mükəmməlliyin, şəklin, sükünun və ulaşmanın timsalı olan “Gök Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dir. Digəri insanların içindən çıxdıqları və yenə içinə döndükləri torpaq; arzular, ümidlər, ehtirası və iztirabları, nəhayətsiz bir şovq və həmlənin timsalı olan “Asra Yer”dir”.

Bu anlamda əski Azərbaycan ərazisindəki bütün mədəniyyətlərin ya “naməlum” qalmasının, ya da Hind-Avropa, ya da Hind-İran mədəniyyətinin adına yazılmasının kökü Turan mədəniyyətinin ya Ural-Altay, ya Orta Asiyada,  ya da Çində axtarılmasıyla bağlıdır. Əlbəttə, oralarda da Turan fələsfəsi, Turan mədəniyyəti olmuşdur. Ancaq Turan mədəniyyətinin əsas mərkəzi Turan Midiyasının mərkəzi olan Azərbaycan olmuşdur. Azərbaycan Turan Midiyasında dini mərkəz halında olduğu üçün Turanlı Maqların, Turanlı Maqlardan sonra Zərdüşti kahinlərin Əhəmənlər və Sasanlar dönəmində buranı diqqət mərkəzində saxlaması təbiidir. Yəni Azərbaycanın din mərkəzinə çevrilməsi yerli Turanlılarla bağlı olmuş, sonralar bu ərazilərə köç etmiş Hind-İrandilli (Əhəmənlər, Sasanlar) zərdüşti kahinlər də həmin ənənəyə sadiq qalaraq Azərbaycana özəl münasibət bəsləmişlər. Zatən, bunu İrançı alimlər də yaxşı bilirlər.

Faiq Ələkbərov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29