Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağ münaqişəsi bütünlükdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir”

Vyanada Avstriya Parlamentinin binasında “Avropa təhlükəsizlik siyasəti: Neytral və bloklara qoşulmayan dövlətlər üçün yeni çağırışlar və imkanlar“ mövzusunda konfrans keçirilib. Konfrans Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutu və Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupu tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Avstriya Respublikası Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin təhlükəsizlik siyasəti idarəsinin rəhbəri Qerhard Yandl əsas məruzəçi qismində çıxış ediblər.

Konfransı giriş sözü ilə Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun rəhbəri, Avstriyanın keçmiş müdafiə naziri Verner Fasslabend açaraq, Azərbaycan ilə Avstriya arasındakı ikitərəfli əlaqələrin inkişaf etdiyini, Avropanın müxtəlif bölgələrində yerləşmələrinə baxmayaraq hər iki ölkənin ortaq cəhətlərə malik olduğunu bildirib. Azərbaycan və Avstriyanın Avropada təhlükəsizliyin təminatında özünəməxsus rol oynadığı vurğulanıb.

 Xarici işlər nazirinin müavini Araz Əzimov isə çıxışında Cənubi Qafqaz regionunda təhlükəsizlik çağırışları, davam edən qlobal maliyyə-iqtisadi böhran kontekstində Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar, aparılan məqsədyönlü islahatlar barədə məlumat verib. O, dünya bazarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanın çevik və düşünülmüş addımları sayəsində iqtisadi sabitliyi təmin edə bildiyini, əlverişli olmayan beynəlxalq iqtisadi şərtlərə rəğmən ümumi daxili məhsulun keçən il 1,5 faiz artmasına nail olduğunu xüsusi vurğulayıb. Nazir müavini prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına istinad edərək, Azərbaycanın yeni iqtisadi şəraitdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafına xüsusi diqqət ayırdığını, həmçinin müxtəlif regional və trans-regional layihələrin gerçəkləşdirilməsində fəal rol oynadığını qeyd edib.

 Araz Əzimov daha sonra diqqəti Azərbaycanın hazırda beynəlxalq və regional sabitlik və təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş olduğuna cəlb edib. O bildirib ki, Azərbaycanın region və regiondan kənar ölkələrlə ikitərəfli iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı regionda sülhün və təhlükəsizliyinin təminatıdır.

 Araz Əzimov Azərbaycan və Avstriyanın neytral və heç bir hərbi bloka qoşulmamasını vurğulayaraq, pan-Avropa təhlükəsizlik sistemində neytral və bloklara qoşulmayan ölkələrin yeri və rolu ətrafında fikirlərini bölüşüb, bu qrup ölkələrin üzləşdiyi çağırış və hədələrin aradan qaldırılması istiqamətində atılmalı olan addımları qeyd edib.

 Bloklara qoşulmayan ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına siyasi-hüquqi zəmanət verilməsinin zəruri olduğu xüsusilə diqqətə çatdırılıb. ATƏT-in ən əhatəli üzvlüyə malik pan-Avropa təhlükəsizlik təşkilatı kimi müstəqil fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi, onun böhranların idarə edilməsi və münaqişələrin həlli sahələrində rolunun gücləndirilməsinin vacibliyi bildirilib.

 ATƏT məkanında mövcud olan münaqişələrə toxunan nazir müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütünlükdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. O, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in qərarları və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət çərçivəsində mümkün olduğunu vurğulayıb. Bu baxımdan Ermənistanı işğalçı siyasətindən döndərmək, onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməsini təmin etmək üçün bu ölkə üzərində beynəlxalq təzyiqin göstərilməsinin zəruriliyini qeyd edib.

 Araz Əzimov münaqişənin həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib. ATƏT-in Minsk Qrupunun tam formatda fəaliyyətinin artırılmasının, bu qurumun bütün üzvlərinin münaqişənin həllində fəal rol oynamasının vacibliyi vurğulanıb.

 Daha sonra nazir müavini ölkəmizin xarici və təhlükəsizlik siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29